Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

264 syf.
7/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Eyni adlı mahnını dinlediyim zaman hiss etdiklerimi dile getirə bilmirdim.Bir müddet sonra kitabı mənə hədiyyə edildikdə hetta yazarından imzalı kitab idi.Çox sevinmişdim. Mən uşaqlıqdan bəri köhnə filmlerdə,kitablarda da şahid olduğum Azərbaycan Qadının sevgisinə,sadiqliyinə,gücünə heyran olmuşam.O qadınlardan biri ilə bu kitabda tanışdıq.Şükriyyə O,Şükriyyə ki,Əhməd Cavadın vəfalı yoldaşı olmuşdur.Çekdiyi əzablar,ağrılar,acılar onu yıxmadı.O,Şükriyyəninki, qarşısına sənəd qoyub "imzala, canini qurtar", - dedilər. O isə Azərbaycan qadini adına sədaqət yolunu seçdi. Dörd övladindan ayri və onlardan xəbərsiz, tək-tənha halda dəhşətli ALJIR düşərgəsinə sürgün olundu. Geri döndüyündə hərşey dəyişmişdi.Ancaq dəyişməyən tək şey onun ümid dolu qəlbi idi. Yarımçıq qalan arzular,ümidlər oldu.Ya sevgini ya gəncliyi ya da həyatı doyunca yaşaya bilmədi Dəyərli Azərbaycan Gənci olan Əhməd Cavad.Yaşam hekayəsi qısa olsa belə Əhməd Cavad bizə qarşılığı olmayacaq qədər dəyərli miraslar qoyub getdi. Bil, gülsən, dərmişəm gənclik bağından, Bir gülü çiçəyi dərmərəm sənsiz. Kamaldır ömrümün oğlan çağında, Bir bağa bağçaya girmərəm sənsiz. Şükriyyə taleyim, şükür xudaya Gördüyüm doğrumu, yoxsa bir röya? Dolub ürəyimə bu dadlı xülya Yaşaya bilmərəm bir kərəm sənsiz. Səninlə gəzərəm eldən elə mən Bataram, çıxaram seldən selə mən Düşərəm ağıza dildən dilə mən Yaşaya bilmərəm, bilmərəm sənsiz….
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
·
103 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.