Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
·
Puan vermedi
·
7 günde okudu
Kitab iki hissədən ibarətdir:birinci-qadınlar haqqında olan hissəsi yetərincə mizojinist fikirlərdən ibarətdir,sadəcə o dönəmdə qadınlara olan münasibəti öyrənmək baxımından oxunula bilər. İkinci-“cinsel aşk” haqqında olan hissəni daha çox sevdim. Bu hissədə aşkın metafiziğini izah edir. Və qeyd edir ki,”anlaşılsın ki burada sadece gerçek aşkın kendisinden doğduğu doğrudan ve içgüdüsel olan cazibeden söz ediyoruz.Akıllı ve eğitimli bir kadının,bir erkekteki kafa ve anlayış gücüne saygı duyması ve bir erkeğin,inceden inceye düşünüp taşındıktan sonra evleneceği kızın kişiliğini ölçüp tartması ve ona bir değer atfetmesi bizim burdakı konumuzu ilgilendiren meseleler değildir.Bu tür şeyler evlilikte akla dayalı bir seçimi etkiler fakat bizim burda kendimize konu edindiğimiz tutkulu aşka söz geçiremezler”. Və Schopenhauer’ə görə cinsel aşk fərdin yox,növün yararı üçündür. Aşk deyə adlandırdığımız hiss düşünüb seçdiyimiz yox,birini ilk gördüyümüz andan öz-özünə yaranan bir hisdir.Bəs məhz o insanı seçməyimizdəki bilmədiyimiz səbəb nədir? Schopenhauerə görə cavab növün davamlılığıdır. Birini gördüyümüz anda içgüdümüz o insanla bizim sahib olacağımız uşağın növün davamlılığı üçün görünüş olaraq nə qədər uğurlu olacağını müəyyənləşdirir,buna əsasən birisinə aşiq oluruq. Eynilə heyvanlarda olan içgüdü kimi,amma biz heyvanlardan daha ağıllı varlıqlar olduğumuz üçün təbiət bizə bir yanılsama yaradır.Biz növün davamlılığı üçün çalışdığımızı bilmədən aşiq oluruq və düşünürük ki,bu sadəcə özümüz üçündür. Eyni zamanda düşünürük ki,evlənəcəyimiz insanın fiziki xüsusiyyətlərinə öz zövqlərimizə görə əhəmiyyət veririk,əslində isə gələcəkdə sahib olacağımız uşağın insan növünə uyğunluğu baxımından “qərar veririk”. Yəni aşk dediyimiz hiss tamamilə cinsellik və növün davamlılığı ilə bağlıdır və bu səbəbdəndir ki,aşk evlilikləri adətən xoşbəxt olmur.Çünki sadəcə bu səbəbdən “seçmiş” olduğumuz şəxslə xarakter,zövq və.s baxımından da uyğun olmağımız çox az ehtimaldır. Növün davamlılığı içgüdüsü əsasında qurulmayan evliliklər,məsələn məntiq evlilikləri növün davamlılığı baxımından riskli olsa da,xoşbəxt olma ehtimalı daha çoxdur. Üstəlik,aşk’ın bu qədər yüksək,qüvvətli bir hiss olmasının səbəbi özümüz də bilmədən gələcək nəsli formalaşdırmaq kimi məsuliyyətli,önəmli bir məqsədə xidmət etməkdir.Lakin aşk keçici bir hisdir,xüsusən də məqsədinə çatdıqdan sonra aşk bitir. Bu fikirlər içgüdünün şəxsi maraqlar üzərində hakimiyyət qura bildiyi insanlar üçün keçərlidir. Məsələn,məntiq evliliyi edənlər,heteroseksual bir münasibət içərisində olmayanlar və.s üçün keçərli deyil.
Aşkın Metafiziği
Aşkın MetafiziğiArthur Schopenhauer · Ayrıntı Yayınları · 201813,4bin okunma
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.