Jack London-Ademden önce
Bu hekayəni yazmaq üçün nə qədər kitablar, çeşidli işlərdə iş təcrübəsi , səyahətlər, ailə faciələri təcrübəsi rol oynayıb.
Bəlkə də, cəngəllik, meymunlarla həyat, mağaralar, dönəmlərin insanlarının genetikamızda rolu ifa olunan tərzdə filmlərə, cizgi filmlərinə, sənədli filmlərə baxmasam çətin ki, hekayə zehnimdə canlanardı. Saydıqlarımı canlı tutmaq, bir hekayədə birləşdirmək üçün fitri istedad da Cek Londonda ən gərəkli özəllikdir.
Cəmi 40 illim yaşamına dərin fikirlərini sığdırmaq.. Fikrimcə o dövr üçün istənilən dəyəri görmədi ,amma, müasir dövrdə də dəyər vermə yoxdur. Işin pikindən sonrası enişdir. Onu tarazda saxlamaq olduqca böyûk qüvvə tələb edir ki, Cek bir yanda enerji sərf edərkən , bir yanda ömrünü tükətdi.
Hekayələrindẹ ,romanında daim həyatın bir mübarizə olduğunu ötürməyə çalîşması oxucunu sona qədər eyni coşğuda saxlayır.
"Ademden önce" hekayəsi
yazıçının bioqrafiyasına əsasən H.Spenser, K.Marks, F. Nitşenin təsirləri olduğunu görmək olur .Təkamül nəzəriyyəsinə əsaslanan hekayə müasir insanîn yuxusunda gördüyü paleolit dövrünün insanlarînın həyatını təsvir edir.
Nəql edən yuxusunu canlı-canlı ,yaşamış olduğunu hiss etdiyinə görə alter eqosunun olduğunu qeyd edir. 2 dövrdə də həqiqətən yaşadığını , ikili şəsiyyət olduğunu deyir.
Özünü "Ağacda və mağarada yaşayan xalq"-ın nümayəndəsi olaraq "Böyük diş"adlandırır. Digər xalqları isə , əsasən meşədə, yerdə yaşayan "Meşə xalqı" , digərini isə "Atəş xalqı" olaraq adlandırır.
Hekayədə təkamül ibtidai insandan ağıllı insana keçid elə dramatik formada təsvir edilir ki, insan bir anlıq bunu fərziyyədən çox həqiqət olduğuna inanır. Versiya yaranîr ki, bəlkə doğrudan da
insanlar yer uzune göydən və dinlə gəlməmişdir, yer üzündə zamanla bədən, beyin və zehinləri təkamül edərək formalaşmış. Beyinlər inkişaf etdikcə yaranan xaosda tarazlıq yaranmasî üçün dinlər yaranmışdır.
Fikrimcə hekayədə elmi aspektdən yanaşmayla yanaşı ,dini tənqid də var.
Kitab başdan sona "Kollektiv Süursuzluq" anlayışını, irsi yaddaş, genetika ,bədən yaddaşînı loru dillə ifadə etdi desək , bəlkə də yalan olmaz.
K.Q.Yunq, K.Marks, F.Nitşelərin nəzəriyyələri, izahları, konseptləri yalnız yazıçîların hekayələrində özünü tam göstərir deyə düšünürəm.