Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
6/10 puan verdi
#StefanSvayqasəyahət
Deməəək,qəşəng kitab idi(həm də deyildi),yaxşı əsər idi(həm də deyildi).Bax kitabı oxuyanda yaşadığım hisslər və təəssüratlar da belə qarışıq idi.Baş qəhrəmana gah nifrət edirəm,gah ona yazığım gəlir.Qəribə bir yazıqlıq... Əsərin mövzusu: Bir həkimin duyğuları və gündəlik işi arasında parçalanan həyat hekayəsi... Əsərin ideyasına keçməmişdən əvvəl bunu qeyd eləmək istəyərdim ki əsər mənim düşüncəmə və baxış tərzimə görə 2 yerə bölünüb: 1) mənəvi aləmimə görə. 2)empatiyama görə Mənəvi aləmimə görə orada baş verən hadisələrin çoxu mənə ziddir və dini,əqli cəhətdən yanaşanda o həkimin əslində hadisələr qarşısında nə etməli olduğunu beynimdə götür-qoy edərək ona nifrətimi daha da artırırdım.Ən azından elədiyi səhvlərin onu hansı nəticəyə gətirdiyini görmək düşüncəmin o qədər də yanlış olmadığına dəlil idi. Empatiyama görə düşünsəm əgər, dini və əqli cəhəti bir kənara qoysam,sadəcə duyğularımla yanaşsam,bəlkə,mən də o həkimin etdiyini edərdim və ən azından nə səbəb olursa olsun vicdan borcumu ödəməyə çalışardım Gələk əsərin ideyasına(mənə görə): 1) insan daima birinə borcludur.Bu təbiətdə,insanlar da, Allah da ola bilər.(Allah digər saydıqlarimın içindədir zatən,nəsə bu başqa məsələdir))) 2)Nəfsimizin əsiri olduğumuz hər an üçün bir gün peşman olacağıq 3)Nəfs və vicdanın toqquşması sağlam düşüncənin və rahat yuxumuzun məhvinə səbəb olacaq. 4)Nəfsinizə uymayın,sağlam yaşayın (Kamu spotu ) Personajlara münasibət: 1)Qadın: Nə qədər özümdə o qadını görsəm də, bir o qədər əlaqəmiz yox idi. 2)Həkim: Ziddiyyətli hərəkətləri ilə öz məhvini hazırladı. 3)Digər həkim: Ən sevdiyim obraz o oldu.Və nə qədər namusu kirlənmiş qadın olsa da, bu kirliliyi dünyaya yaymaq mənim öhdəliyim olmadığı üçün mən də yalandan qadının ölümünə qəlb tutması adı verərdim. 4)Qadının sevgilisi:Saf sevgi ilə sevsə belə,mənim düşüncə tərzimə görə ziddiyyətli xarakterdir. 5) Qulluqçu oğlan:Sadiqliyi nə qədər mənə təsir eləsə də,kitabın içindəki bütün xarakterlər kimi o da mənə zidd idi.(ən azından düşüncə tərzimə görə) Səhifə: 80 Janr:Hekayə Rəy: 6/10
Amok
AmokStefan Zweig · Qanun Neşriyat · 2018111,7bin okunma
·
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.