·847 syf.····Okunma: 01 Ağustos 2023 00:00 Game of Thrones serialını karantina vaxtı izləyib bitirmişdim. O vaxtdan bəri mənim üçün əvəzolunmaz bir əsərdir, sonu xaric. Kitablara başlama məqsədim də məhz serialda əsərə yaraşmayan sonun kitablarda düzəldiləcəyi ümidi idi. İlk kitabı az əvvəl oxuyub bitirdim və yaxşı ki başlamışam deyirəm. George R.R Martini qələmi o qədər axıcı və maraqlıdı ki 500 səhifəlik kitabı hansı ara oxuyub bitirdim özümdə fərqində deyiləm. Xarakterlərin inkişafı, dialoqlar, bənzətmələr hər şey bir sözlə mükəmməldi. Fantastik dünyalara, kitablara marağınız varsa, əsəri sevməmə ehtimalınız yoxdu. Xoş mütaliələr