Kitabın yazarından yola çıxaraq bu kitabın dinə aid bir kitab olduğunu düşünmək olar. Amma belə deyil. Ön yargı ilə başladığım bu kitab mənə çox şey qatdı. Ailə həyatı quracaqlar və ailəli şəxslərə şiddətlə oxumağı tövsiyə edirəm. Kitabda ailə quruluşu necə olmalıdır,kişi və qadın arasındakı münasibətlər,fərqlər,ailədə uşağın rolu, tərbiyəsi və s. kimi mövzulara toxunulur.
Hər şeyin öz cizgisindən çıxdığı bu "müasir"dövrdə ailəni necə qorumalı və ailə quracağımız insanı necə dəyərləndirməli olduğumuz haqqında faydalı məsləhətlər var.
Evin rəisi kimdi ? Kişi ya qadın ? Hər iki cins ailədə rəisdir. Sadəcə fərqli sferalarda.Kişi maddi, qadın mənəvi rəisdir. Qadın ailənin məzmununu idarə edir. Kişi isə ailənin formasını. Kitabda kişi öz qadını ilə necə rəftar eləməlidir,qadın öz əri ilə necə davranmalıdır çox gözəl şəkildə izah edilib.
Açığını desəm dindar biri deyiləm və həmişə də içimizdəki sözdə "dindar"insanlar ucbatından dindən yan qaçmışam. Və hər zaman da bu cümlə mənə əsəb keçirdirdi " Qadın kişisinə itaət etməlidir". Kitabda bu cümlə o qədəər gözəl izah edilib ki,heyran qaldım. Ailədə kişinin və qadının öhdəlikləri, səlahiyyətləri açıq və səlis bir dildə oxucuya çatdırılıb. Kitab haqqında çox yazmaq istəyirəm amma çox da danışıb marağı öldürmək lazım deyil məncə ) .
Hər kəsə xoş mütaliələr...