Gönderi

Zəncirlənmiş Prometey
Puan vermedi·78 syf.··
2023 22. kitabı
Prometey haqda əfsanələrə baxdıqda ilkin olaraq Hesiodun "Thegonia" əsərində onun haqda fikirləri görürük. Zevs onu zəncirlərlə qayaya bağlayıb. Bir qartal da onun ciyərini hər gün yeyir. Axşamlar isə qartalın yediyi qədər, ciyəri yenidən bərpa olur. Daha sonra Esxil (Aeschylus) Zəncirlənmiş Prometey əsərində bu hadisələri daha geniş təsvir edir. Prometey çox ağıllı, hiyləgər, uzaqgörən biridir. Ancaq belə görünür, o hiyləgərliyini sadəcə işinə gələndə istifadə edir. Prometey odu oğurlayıb insanlara vermək istəyir, Zevs isə həmişə buna qarşı çıxır. Bir gün Prometey odu oğurlayıb insanlara verməyi bacarır. Bundan çox qəzəblənən Zevs ona digər qardaşlarının cəzaları kimi ağır bir cəza verir. Qeyd edim ki, Yunan mifologiyasında məhşur olan Atlas, Prometeyin qardaşıdır. Zevsə qarşı çıxdığı üçün, cəza olaraq göyü ömür boyu belində daşımaqla cəzalandırılıb. Zəncirlənmiş Prometey əsəri, Hefestin Prometeyi zəncirləməsi ilə başlayır. Prometey bütün bu olanları əvvəlcədən bilir. Yəni insanlara od verərkən, Zevsə də necə od qoyacağını anlamışdı. Ancaq uzaqgörənliyi sayəsində müəyyən qədər içi rahatdır. Bir gün Zevsin taxtdan düşəcəyini əmindir. Bunu eşidən Zevs, oğlu Hermesi Prometeyin yanına göndərir ki ağzından söz alsın, lakin bu mümkün olmur. Esxilin Prometey haqda 3 əsəri var. Sadəcə bunlardan bir dənəsi günümzə qədər gəlib çatıb.
Mitoloji - Fantastik
Zincire Vurulmuş PrometheusAiskhylos · Türkiye İş Bankası Kültür Yayınları · 201910bin okunma
·
97 Gösterim
4 Yorum
Lütfen giriş yapınız.
Senin bu paylawimin mene kankret lezet eledi qardawoglu varol👍🏼💪🏼🙏🏼
Sagole gesenbala varolasan
Hasan
Gönderi Sahibi
Salam qardaw
Talis balalarina esg olsun💪🏼🙏🏼👍🏼
Hasan
Gönderi Sahibi
Senden inceleme gözləyirik brat😘
Varol qardasim halaldi sene ogulsan👍🏼
Hasan
Gönderi Sahibi
Opurem