Bir kitab ancaq bu qədər mükəmməl ola bilər.
Əsərdə nevroloji elmlər üzrə təhsil alan 3 tələbədən( Coş,Hop və Luk )bəhs olunur.Bu üç gənc beyin hüceyrələrini toplama üzrə araşdırmalar edir.Coş və Hop bir-birlərini sevirlər.
Əslində Luk da Hopu sevir lakin bunu bildirmir.
Bir gün Hop ölmcül xəstəliyə tutulur və az ömrü qaldığnı öyrənir və sevgilisi Coş onu beyninin cihaza köcrülüb saxlanmasına razı salır.Hop vəfat etdikdən sora Coş da Hopun yoxluğuna dayana bilmir həyatına son verir.Lakin öncədən bağladığı müqavilə sayəsində oda öz beynini cihaza köçürtdürməyə nail olur.Uzun müddət sonra Coş və Hopun beyni başqa bədənlərdə doğlur...Elmi fantastik əsər olsada insan düşünmədən dura bilmir görəsən belə bir şey ola bilərmi.
Oxumağa dəyər