Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

304 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Mühacirətin əzabını çəkməyən biri onun ağrısını necə anlaya bilər?
Burmese Days
Burmese Days
George Orwell
George Orwell
Müstəmləkəçilik siyasəti, bu siyasətin yerli əhaliyə mənfi təsirləri, yerli məmurların özbaşınalıqları barədə nəfis bir əsər. Baş qəhrəman keçmiş Birma — müasir Myanma ərazisində yaşayan xırda bir ingilis məmuru cənab Flori, deyərdim ki, Dostoyevski obrazlarından daha çox Dostoyevski obrazıdır. Müəllif Florinin gözündən yandırıcı tropik günəşi, ürəyində bir balaca insanlıq olan birinin qərib diyarda yad həmyerlilər arasında yalnızlığını və bu həmyerlilərin məhvedici ictimai qınağından qorxaraq heyranı olduğu yerli mədəniyyətə əsla tam mənası ilə yaxınlıq qura bilməməsini ustalıqla ifadə edir. Flori illərlə davam edən yalnızlığın, deqradasiyanın ardınca həyatında peyda olan, ona uzaq və imkansız kimi görünən xoşbəxt bir gələcəyi vəd edən, zorla közərən xırdaca bir ümid qığılcımına bütün varlığı ilə qapılır, vəziyyətin çətinliyini anlasa da, yenə də özünü axına qapdırır. Kim həyatında bir dəfə belə olsa, həm şişi həm də kababı yandırmağı bacarıbsa, kim ümidsiz bir sevgiyə qapılıbsa və kim irqçilik, elitizm kimi məfhumlar barədə azca baş sındırıbsa, bu əsəri sevərək oxuyacağına əminəm.
Burmese Days
Burmese DaysGeorge Orwell · MK Publications · 20213,144 okunma
·
116 görüntüleme
Aytac Yusifova okurunun profil resmi
Əgər başqa bir əsrdə, başqa bir yazıçının qələmə aldığı bir əsəri Dostoyevski obrazları ilə müqayisə edirsənsə, deyərdim ki, deməli heç kim daha çox Dostoyevski obrazı ola bilməz.
Eldar Əfəndiyev okurunun profil resmi
Müəllifin obrazın əzablarını ustalıqla qələmə aldığını nəzərdə tutmuşam. Mənim üçün Flori və onun üzləşdiyi çətinliklər Dostoyevskinin hələ ki oxuduğum 4 romanındakı istər əsas, istərsə də köməkçi qəhrəmanların problemlərindən daha real idi.
2 sonraki yanıtı göster
Cenk okurunun profil resmi
Azeri lehçesi yahşidir.
Eldar Əfəndiyev okurunun profil resmi
Azərbaycanca ləhcə deyil, dildir.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.