Gönderi

Çevrəmin 70%-i...
Paxıllıq, ən xırda alçaqlıq, insanların axmaqlığı isə səni dilənçilikdən daha artıq sıxacaqdır. İstedad rəğbət tələb edir, istedad tələb edir ki, onu başa düşsünlər. Amma sən öz məqsədinə bir balaca çatan kimi necə simaların səni əhatə etdiyini görəcəksən. Onlar sənin ağır zəhmət, məhrumiyyət, aclıq, yuxusuz gecələr bahasına qazandığın bir şeyi heç yerinə qoyacaqlar, ona nifrətlə baxacaqlar. Onlar, sənin gələcək yoldaşların səni həvəsləndirməyəcək, sənə təskinlik verməyəcəklər: onlar sənə xas olan yaxşı cəhətləri göstərməyəcəklər, əksinə, məhz səndəki pis cəhətləri qeyd edəcək, səhvlərini gözə soxacaqlar, zahiri soyuqqanlılıq pərdəsi altında və nifrətlə sənin hər səhvini görüb toy-bayram edəcəklər.
··
2 artı 1'leme
·
1.033 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.