6/10
·184 syf.··
2023 5. kitabı
Bu səfər həmişəki kimi ağız dolusu danışa bilməyəcəm kitabımdan Necə xəyal qırıqlığı oldu mənim üçün bu kitab... Mən vegetarian birinin həyatından falan danışan bir əsər olacağını gözləyərkən, psixologiyamı alt-üst edən əsər çıxdı. Açığı, mən bu əsəri tövsiyə etmərəm heç kəsə :( Oxunması lazım olan əsərlərdəndir? Yox. Oxumaq olarmı? Olar. Amma, vaxt itkisi olacağını bildirmək istərdim. Kitab Yonghe adlı baş obrazımızın bir yuxu gördükdən sonra evdəki bütün ətləri zibilə atması və vegetarian həyata keçidiylə başlayır. Əsərdə ailə içərisindəki qarışıq münasibətlər, psixoloji durumlar, Koreya mədəniyyətindəki o patriarxal quruluş və s. Kimi nüanslar mövcuddur. Çox uzatmaq istəmirəm, kitab axıcı idi, amma oxuduğum müddət boyu məni çox narahat etdi, gözləntilərimi qarşılamadı. Kitab və sevgi ilə qalın
VegetarianHan Kang · Qanun Nəşriyyatı · 20199,8bin okunma
·
352 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.