Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

184 syf.
10/10 puan verdi
·
Beğendi
Bəzi kitablar var ki, oxuduqdan sonra kitab bitsə belə, sən o obrazlarla yaşayırsan, onlar haqda düşünürsən, Murakaminin bu əsəri də o tipdə kitablardan idi Kitablar haqda çox sevdiyim şeylərdən biri də, bəzi kitabların öz musiqi pleylisti ilə birgə gəlməsidir Kitabı oxuyanda yanımda həmişə qulaqcıqlarım da olurdu ki, mahnı adları gəldikcə tapıb dinləyim İlk öncə onu deyim ki, bu kitabın əsas obrazı Hacime, sevilməsi çətin olan bir obrazdır. Yəni, ən azından mən nə qədər empatiya qurmağa çalışsam da, başa düşə bilmədiyim bir obraz idi. Ümumiyyətlə, aldatmaq və aldadılmaqla bağlı hekayələri sevmirəm. Əsər Murakaminin qələminin axıcılığı sayəsində, çox maraqlı idi və tez bitə bilən kitablardandır. Bayaq dediyim kimi, Hacimeni başa düşməkdə çətinlik çəksəm də, yazıçı obrazların iç dünyasını çox gözəl şəkildə təsvir edib deyə, ən azından hiss etmək mümkündür. Əsərdəki baş obrazımız Hacime, Yaponiyada tək uşaq olaraq dünyaya gəlib. Sonra Şimomato adlı bi qızla dostlaşır, birlikdə məktəbə gedirlər, vaxt keçirirlər. Bir-birlərinə çox bağlanırlar, lakin Hacime və ailəsi qəsəbədən köçür və beləcə onlrın əlaqəsi tamamilə kəsilir. Ta ki, Hacime 37 yaşında, evli, 2 uşaqlı ikən yağışlı bir gündə Şimamatonun onun qarşısına çıxmasına qədər... Kitabda Hacime və Şimamatonun birgə dinlədiyi bir neçə musiqini sizlə bölüşmək istəyirəm: South of the border- Nat King Cole Pretend- Nat King Cole The star-Crossed Lovers- Duke Ellington Embraceable you- Nat King Cole Such sweet thunder- Duke Ellington Four Seasons- Vivaldi
Sərhəddən Cənubda, Günəşdən Qərbdə
Sərhəddən Cənubda, Günəşdən QərbdəHaruki Murakami · Qanun Nəşriyyatı · 20164,278 okunma
·
32 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.