Gönderi

384 syf.
10/10 puan verdi
·
Liked
Uzun zamandır bu tipdə kitab oxumaq istəyirdim, həm ingiliscə, həm də axıcı və romantik komediya janrında Məncə çox kitabsevər belədir, kitabı oxuyanda ordakı obrazlara canın isinmirsə, kitabı da sevmirsən. Dünyanın ən yaxşı əsəri də olsa, həmin kitab axıcı olmur. Mən isə bu kitabdakı hər iki baş personajı çoox sevdim!🩵 Kitabda çox sevdiyim məqamlardan biri də Charlie və Noranın ünsiyyəti idi Bir-birini nə olursa olsun, başa düşürdülər, bu qarşılıqlı anlayış da çox xoşuma gəlirdi. Və hər zaman bir-birini dəstəkləyirdilər. Həm də kitab məncə çox real idi. Yəni bəzi romcom (romantik komediya) kitab/filmlərdə olduğu kimi absürd hadisələr yox idi. Bu da çox sevdiyim məqamlardan biri oldu. Məncə alsanız, ingiliscə oxuyun mütləq. Belə daha maraqlı olur, tərcümə həmin effekti verməyəcək. Mən bu kitabı çoxx sevdimm, Emily Henrydən fərqli kitablar da oxuyacam böyek ehtimalla! Sizə də çox tövsiyə edirəm.
Book Lovers
Book LoversEmily Henry · Berkley · 0366 okunma
·
175 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.