"Mən doğulanda mənim olduğum şeyin adı yox idi..." ("When I was born, the name for what I was did not exist...")
Düşünün, bir kitabın ilk cümləsi belədir. Elə ilk sözlərindən diqqətimi çəkən, mənə yunan mifologiyasını bir az da sevdirən əsər...
Circe, balaca bir ilahədir, Günəş Tanrısı Heliosun qızı. Bu qız heç bir bacarığa sahib olmadan doğulduğu üçün, həmişə kölgədə qalır. Ailəsi tərəfindən heç vaxt sevilməyən Circe, sarı gözləri və pis səsi var deyə, həmişə pis rəftar görür. Belə olduqda da, Circe özünü lazımsız biri olaraq hesab edir və özünə olan sevgisi qalmır.
Amma bütün işlər adaya sürgün edilməsindən sonra dəyişir. Burada öz sehrli güclərinin fərqinə varır və cadı olduğunu öyrənir. Əsər boyu Circenin necə öz hekayəsinin qəhrəmanı, güclü qadın olduğunu görürük. Bu isə çox xoşuma gələn detallardan biri idi.
Tanrılar, ilahələr, bədheybətlər və ölümlülər ilə dolu bir kitab... Yunan mifologiyasını və fantastika janrını sevirsinizsə, mütləq oxuyun.