Kitab həm maraqlı, həm də çox kədərlidir. Bütün kitabları oxumağı sevirəm, amma klassiklərin yeri başqadır. Əlinizdə tutduqca yerə qoymaq istəməyəcəyiniz, oxumağa çox gecikməməyinizi tövsiyə edəcəyim əsərlərdəndir.
Əsərin yazıçısı Fransız ədəbiyyat xəzinəsinə böyük dəyər qazandırmış 2 Aleksandr Dümadan ikincisidir. Onun bütün həyatı həsəd apardığı məşhur atasının kölgəsində keçmişdi. Bir dəfə əsəbləri gərildiyi vaxt oğul Aleksandr Düma deyib ki, onun özünün heç nəyi yoxdur – hətta münasibətdə olduğu qadınlar belə onu atasının sönük kölgəsi hesab edirlər.
Bununla belə, oğul Dümanın həyatında onu bütün qəlbi ilə sevən yeganə bir qadın olub, o da məhz elə Kameliyalı qadındır.
Marguerite Gautier'in (əsl adı Alfonsina Plessidir. ) xatirəsinə həsr etmiş olduğu "La Dame aux Camélias" ("Kamelyalı Qadın") əsəri olmuşdur.
Bəs niyə məhz kameliya?
Çünki vərəm xəstəliyindən əziyyət çəkən bu qadın heç bir qoxuya tab gətirə bilmədiyindən yalnız qoxusuz kameliyalarla ruhunu oxşayarmış...
Kitaba gəlincə, bir-birini çox sevən, bir yerdə olmağın mümkünsüz, hətta qeyri-mümkün olan sevgi və fədakarlıqdan bəhs edir. Sevgi bəzən fədakarlıq demək deyilmi? Həqiqətən sevdiyimiz və sevildiyimiz zaman hər şey necə gözəlləşir, ətrafımızda çox xoşbəxtik, hər şey bizə xoşbəxtlik bəxş edir. Şərait tələb etmədikcə, sevdiyimizdən heç vaxt ayrılmaq istəmirik. Kitabda məhz bundan bəhs edilir.
Və nəhayət, müəllifin kitabın sonunda qeyd etdiyi kimi (“Nə qədər xoşbəxt insan xoşbəxt olduğunu bilmir!”), o, haqlıdır, bəzən özümüzü bədbəxt etmək üçün əlimizdən gələni edirik. O qədər lazımsız şeylər tapırıq ki, xoşbəxt olsaq da, xoşbəxtliyimizdən həzz almadan özümüzü cüzi səbəblərə görə bədbəxt edirik.
Kitabda sevgidən ziyadə çox gözəl məqamlara toxunulub, bu çox yaxşı idi.