Gönderi

10/10
·424 syf.··
Beğendi
·
2023 13. kitabı
Son zamanlarda oxuduğum ən ən ənnn mükəmməl əsər idi... Bu qədər gec oxumuş olmağım isə üzdü məni, kaş daha öncədən oxusaydım bu möhtəşəm şah əsəri Gəlin ilk öncə bir az kitab və yazıçı haqda qısa məlumat verim, əsərin müəllifi məşhur ingilis qadın yazıçı Jane Austendir. Kitab 1796-1797-ci illərdə yazılıb, lakin 1813-cü ildə nəşr edilib. Kitabda yazıçının öz sevgi həyatından da bəzi izlər var. "Pride and Prejudice" (Gurur ve Önyargı/Qürur və Qərəz) bir sevgi romanı olaraq adlandırılır, lakin kitabın arxa planında dövrün tənqidi, cəmiyyətin qadına verdiyi dəyər, evliliklə bağlı bəzi mühüm məsələlər də var. Əsərdəki hadisələr 1800-cü illərdə İngiltərədə baş verir. Orta təbəqədən olan Bennet ailəsinin həyatından bəhs edilir. Ailədə 5 qız uşağı var və analarının tək dərdi isə onları varlı, soylu insanlarla evləndirməkdir. Əsərdə bu ailənin qızlarından biri olan Elizabethin qərəzi (önyargı) və olduqca zəngin, soylu ailədən olan Mr. Darcynin qüruruna rəğmən aralarında keçən sevgidən bəhs olunur, kitabın adı da elə bununla əlaqəlidir. Kitab haqda çox spoiler vermək istəmirəm, sadəcə oxumanızı çox tövsiyə edirəm, onsuz da yəqin ki, kitab və filmi haqda internet və sosial mediada məlumatınız olub. Tək mənfi cəhəti isə, kitabda adların, obrazların çox olmasıdıe və bu insanı bir az yorur. Düzdür, rus klassikaları kimi çətin deyil, ancaq başınız qarışa bilər
Gurur ve ÖnyargıJane Austen · Türkiye İş Bankası Kültür Yayınları · 202597,8bin okunma
·
30 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.