Puan vermedi·267 syf.··Beğendi
· "İçimizdə şeytan yoxdur... İçimizdə acizlik var...Tənbəllik var...İradəsizlik, bilgisizlik və bunlardan ən qorxuncu: həqiqətləri görməkdən qaçmaq hissi var..."
Sabahattin Alidən oxuduğum 2-ci əsər idi. Birinci oxuduğum kitab qədər (Kürk mantolu madonna) təsirli və möhtəşəm idi. Bir çox oxuyucu mənə bu əsəri bətənmədiyini, oxuya bilmədiklərini söyləsə də, mən çox bəyəndim.
İnsan həyatında həmişə səhvlər, xətalar edir, bəs bunların hamısını içimizdəki şeytanın üstünə atmaq nə dərəcədə doğrudur?
"...Halbuki nə şeytanı,əzizim? Bu sadəcə bizim qürurumuzun bir uydurmasıdır. İçimizdəki şeytan sadəcə bir qaçış yoludur. İçimizdə şeytan yoxdur..."
Kitab sevgi romanı olaraq adlanır, amma oxuduqca başqa detalları daha çox görmək mümkündür. Kitabda güclü qadın obrazının olması isə ayrı gözəl idi. Mən sevərək oxudum, sizə də tövsiyə edə biıəcəyim bir əsər oldu!