Əsərin baş qəhrəmanları Raif əfəndi və alman əsilli Maria Puderdir.
Raif əfəndi içinə qapanıq, sakit, səssiz və melanxolik birisidir. Öz həyatına yön verə bilmədiyi üçün, başqasının yönləndirdiyi həyatı yaşayan bir insandır. Sevmədiyi biriylə evlənib və uşaqları var, qısacası həyatında heç nə istədiyi kimi deyil. Həyatında bircə dəfə, istədiyi yaşamı sürdürüb və bu xatirələrini bir günlüyə yazıb. Biz isə bu kitabda o günlüyü oxuyuruq.
Maria Puder isə Raifdən tam fərqli olaraq, dominant və güclü xarakterə sahib qadındır.
Raif atasının istəyi üzrə 20 yaşında olarkən Berlinə iş üçün göndərilir. Bura gələn Raifin, bir gün rəsm sərgisinə yolu düşür və buradakı bir əsərə, avtoportrete sözün əsl mənasında, aşiq olur. Hətta bu rəsmdəki qadına platonik hisləri o qədər dərinləşir ki, hər gün fürsət tapdıqca rəsm qalereyasına gəlir və saatlarca o rəsmə baxır. Rəsmin müəllifi isə Maria Puderdir və o, Raifin bu heyranlığının fərqinə varır. Onlar arasında sadəcə müəllif və heyran kimi keçən bir dialoq, ikisinin də həyatını dəyişdirməyə kifayət olur.
Çox danışıb spoiler verməyi düşünmürəm, amma oxuduğum ən axıcı, süjet xətti sadə amma bur o qədər maraq dolu kitablardan idi.
Bir sözlə, alın, oxuyun və oxutdurun!