Bu kitabı isə bir az fərqlidir, çünki Stefan intihar etdiyi üçün bu əsəri yarım qalır, onun qaralamalarını tapıb davam etdirən Knut Beck kitabı tamamlayır. Amma bunu oxuyarkən sonlara doğru hiss etməməyiniz imkansızdır. Yəni, hafidəni bilməsəniz belə, kitabın sonlarına foğru qələmin dəyişdiyi çox bəllidir.
Baş obrazımız Clarissa, atası Avstriyalı zabit Schuhmeister tərəfindən çox qatı disiplinlə böyüyür və bunun təsirlərini kitab boyu açıq-aşkar görürsünüz. Anasını kiçik yaşlarında itirən Clarissa, atasının sərt qadağa və qaydaları arasında boğulan, heç vaxt özü olmağı bacara bilməyən bir qızdır.
Monastırdan ayrıldıqdan sonra da özündəki içə qapanıqlığı qırmağı bacaran Clarissanın ən böyük şansı sonrakı dövrlərdə bəxti gətirməyəcək sevgisidir. Clarissa aşiq olur və keçmişimizə, bugünümüzə və hətta sabahımıza təsir edəcək bir müharibənin kölgəsində qalan bir sıra faciələr bu sevgini məhv etməklə yanaşı, çox şeyi məhv edir...
Zweigin bu əsəri insanda qəribə bir təəssürat oyadır: bu, insanın çox arzuladığı, lakin həyata keçirə bilmədiyi yarımçıq xəyallara bənzəyir. Əminəm ki, siz də bu əsəri oxumusunuzsa bu hislərlə qarşılaşmısınız. Kitabda həm qadın gücünü, həm də çarəsizliyi iliklərinizə qədər hiss edirsiniz. Ən əsası, bir qadının özündən başqasına ehtiyacı olmadığını və içindəki güclə nələri bacara biləcəyini görəcəksiniz.
Axıcı və təsirli əsər idi, tövsiyə edəcəyim kitablar arasında öz yerini tutmağı bacardı, alıb oxumalı olduqlarınızdandır.