Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

544 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Rəqəmsal Qala
Dan Brown-dan oxuduğum ilk kitab, hansı ki, fikirlərimi qeyd etməli olduğumu düşündüyüm ilk kitab oldu. Kitab ilk səhifələrində çox sıxıcı gəlirdi, hətta yarım saxlamağı istəyirdim, amma nə yaxşı ki, saxlamadım və oxudum. Məmnuniyyətlə qeyd edirəm ki, bu kitab, oxuduğum kitablar içərisində ən həyəcan verici, ən sürprizlərlə dolu kitab idi. Kitabda baş verən hadisələr o qədər ustalıqla təsvir olunub ki, sanki, oxuduqca insan özünü o aləmdə, o obrazların yerində hiss edir. Sanki, bir filmə baxırmış kimi, sonluğun necə bitəcəyini öyrənmək üçün can atır, oxucu. Sona doğru yaxınlaşdıqca, daha çox həyacanlı hadisələr olur və insandan sözün əsl mənasında, böyük səbr göstərməyi tələb edir. Kitabda elm, romantika, siyasət, bir sözlə maraqlı olan hər şey var. Hər kəsə tövsiyə edirəm. Xoş oxumalar.
Rəqəmsal Qala
Rəqəmsal QalaDan Brown · Qanun Nəşriyyatı · 201219,8bin okunma
·
1 artı 1'leme
·
88 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.