İnsan başa düşüldüyü yerdə özünü tapır, sevildiyi yerdə çiçək açır, dəyər gördüyü yerdə inkişaf edir və ruhunu ən çox ona aid hiss etdiyi yerə bağlanır. Bəzən bir söz, bəzən bir mahnı, bəzən bir insan... Nə olduğu vacib deyil, önəmli olan, onda özünüzü tapmağınızdır. Özünüzü tapdığınız o an, həyatınızın əsl dəyəri üzə çıxır. Əgər tapdığınız nələrsə varsa, şanslısınız. Onu dəyişdirmək, daha da gözəlləşdirmək isə yalnız sizin əlinizdədir, çünki həyatınızın ən gözəl hekayəsini yazmaq gücü də yalnız sizdədir.
Hər bir ağrını hiss etməmək olar. Mark Avreli deyib ki, “ağrı - ağrı haqqında canlı bir təsəvvürdür. Bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə ağrı öz-özünə yox olar". Bu, doğru fikirdir. Filosof və ya sadəcə təfəkkürlü, zəkalı bir adam məhz bununla fərqlənir ki, iztiraba həqarətlə baxır. O, həmişə razıdır və heç bir şeyə heyrət etmir.