Farida Valiyeva

Farida Valiyeva
@Valiyeffa01
Bakı
Azərbaycan, 27 Ocak 2001
98 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Həbsxanada ümumi bədbəxtliklə bir-birinə bağlı olan adamlar bir yerə toplanarkən özlərini yüngül hiss etdikləri kimi, həyatda da analizə və ümumiləşdirməyə nail olan adamlar bir yerə toplanıb, vaxtlarını məğrur və azad ideya mübadiləsi ilə keçirdikdə, tələdə olduğunu hiss etmirsən. Ağıl bu mənada əvəzedilməz bir zövqdür.
Sayfa 37 - Qanun Nəşriyyatı·Kitabı okudu
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Mütəfəkkir adam öz həyatının mənasını və məqsədini bilmək istəyəndə, ona demirlər, ya da sarsaq şeylər söyləyirlər, o, qapını döyür, amma açan olmur, ölüm də onun iradəsinə zidd olaraq onu yaxalayır.
Sayfa 37 - Qanun Nəşriyyatı·Kitabı okudu
Həyat insana qüssə verən bir tələdir. Mütəfəkkir adam yaşa dolub kamala çatdıqda özünü ixtiyarsız olaraq çıxılmaz bir tələdə hiss edir Doğrudan da, o öz iradəsinə zidd olaraq, hər hansı bir təsadüf nəticəsində heçlikdən həyata keçirilmişdir...
Sayfa 37 - Qanun Nəşriyyatı·Kitabı okudu
Siz özünüz də gözəlcə bilirsiniz ki, bu dünyada insan zəkasının ülvi mənəvi təzahürlərindən savayı, hər şey əhəmiyyətsiz və maraqsızdır. Ağıl heyvanla insan arasına möhkəm bir sədd çəkir, insanın ilahi bir vücud olmasina dəlalət edir və bir dərəcəyə qədər hətta onun üçün ölməzliyi, yəni olmayan bir şeyi əvəz edir.
Sayfa 35 - Qanun Nəşriyyatı·Kitabı okudu
Əvvələn, deyirlər ki, əzab insanı kamala çatdırır, ikincisi, bəşəriyyət, doğrudan da, öz iztirablarını cürbəcür həb və damcı dərmanları ilə yüngülləşdirməyi öyrənsə, dini və fəlsəfəni bilmərrə atmış olar.
Sayfa 29 - Qanun Nəşriyyatı·Kitabı okudu