"İnsan həyatı nə qəribədir... bəzən tuş tutub getdiyin yol hardan başlayır və səni haralara aparıb çıxarır...əvvəl söyüd salxımlarının zərif kölgəsi ilə sakit-sakit axan çay birdən nə amansız burulğanlar yaradır...
Başqasına bəxş etdiyin səadət bəzən necə sərt bir tikan olub, onun qəlbinə sancılır. Sən isə buna qarşı biganə olursan. Kim deyər ki, bunların hamısı bizim iradəmizdən asılıdır."
Azərbaycan ədəbiyyatında qələmini çox sevdiyim #İlyasƏfəndiyevin #Körpüsalanlar əsəri ilə qarşınızdayam bu dəfə də...
Deyə bilərəm ki, məndə dərin iz buraxan əsərlərdən oldu. Əsərdə hadisələrə həm Səriyyənin, həm də Adilin dilindən yer verilməsi xüsusilə təsirli idi. Hər ikisinin fikirlərini oxuduqca eyni zamanda həm qınayıb, həm anlayışlı qarşılamağım, ikisi üçün də həm təəssüf hissi keçirib, həm acıqlanmağım əsərin necə dərin duyğulara toxunduğunun bir sübutu ola bilər.
#Səriyyə və #Adilin hekayəsini oxuduyarkən, yazıçı bizə əmin olmadan atılan addımların necə də məyusedici nəticələri ola biləcəyini bir daha göstərir. Və bəzən çəkinsək də o cəsarətli addımı mütləq və gec olmadan atmağın nə qədər vacib olduğunu...Bu hissə əsərdəki bir cümlə ilə ifadə edilə bilər:
"Mən duyğuların əsarətinə, köləliyinə nifrət edirəm."
Kim bilə bilərdi ki, onların uzaq yolları biri-birinə qovuşdurmaq üçün tikdiyi #körpü güclü yağışlara, sellərə davam gətirərkən, bir-birinə həyat yolunda birlikdə olacağına dair söz vermiş iki insanın qəlbləri arasında böyük bir #uçurum yaradacaq...
Kitab haqqında çox şey danışmaq olar. Sadəcə alın və oxuyun.