Körpüsalanlar

İlyas Efendiyev
Tahmini Okuma Süresi:
4 sa. 15 dk.
Sayfa Sayısı:
150
Basım Tarihi:
1960
Yayınevi:
Uşaqgəncnəşr Nəşriyyatı
Orijinal Adı:
Körpüsalanlar
Orijinal Dil:
Azerbaycanca
Orijinal Ülke:
Azerbaycan
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Sıralamalar

Yorumlar ve İncelemeler

Körpüsalanlar
8/10
·160 syf.··
2026 9. kitabı
·
3 günde okudu
·
Okunma: 14 Mart 2026 17:53
Oldukça akıcı ve sade bir anlatıma sahip, psikolojik çözümlemeler yapan bir kitap. Dostluk, ihanet, sevgi ve bir çok duyguyu içinde barındırıyor. Okurken ise karakterlerin yanında hissediyorsun kendini. İlyas Efendiyev kitaplarını seviyorum ve yazarı okumaya devam edeceğim, tavsiye ederim.
Edebiyat
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0743 okunma
8/10
·152 syf.··
2021 11. kitabı
·
30 saatte okudu
·
Okunma: 20 Ocak 2021 02:26
Azerbaycan dönemini ve karakterlerin psikolojik analizini yapan bir yapıt. Azerbaycan kültür bakanlığı tanıtım listesinde. Oldukça akıcı ve sade bir anlatımı var. Bir kaç saatte bitebilecek bir hikaye. Adil ve Seriye evlidir. Adil yüksek statüde bir ailenin evladı ve aynı şekilde yükselmeye devam eden , kontrolü ,işkolik , her şeye son derece titizlenen bir adam. Seriye tabiri caiz ise daha Anadolu yaşamından gelen bir kadını. Eşinin yaşam tarzına uyum sağlarken farkında olmadan boğulmuş, tekdüze hale gelmiş. Adil'in farklı bir alana ataması olunca beraber küçük bir ilçeye gidiyorlar. Orada köprü kuran, yapımında çalışan üç insanla tanışıyorlar. Adil konumuna göre davranırken, köprü kuranlar Seriye'nin varı yoğu oluyor, onlarla ekip oluyor, eğleniyor, eşine karşı soğukluk hissetmeye başlıyor. Bunun sebebini ilk zamanlarda anlayamayan Seriye, kitabın sonlarına doğru çözümleyecek. Kitabın en sevdiğim yanı hep Seriye anlatıyor derken,Adil'in eşinde olanları anlattığı bölümlerin ortaya çıkması idi. Seriye biraz raydan çıktı sanki:) Keyifli bir okumaydı.
Köprü Kuranlarİlyas Efendiyev · Zengin Yayıncılık · 2017743 okunma
Mərkəzi komitə tərəfindən qadağan olunmuş əsər!
Puan vermedi·160 syf.··
2025 1. kitabı
·
1 saatte okudu
·
Okunma: 24 Ocak 2025 15:37
Körpüsalanlar əsəri qadın azadlığı, onun hisləri, duyğularına müasir baxış ilə diqqət çəkir. Əsərdə əsas hadisələr baş qəhrəman olan - Səriyyə və onun həyat yoldaşı Adil körpü salmaq üçün rayona getdikdən sonra başlayır. Kollec təhsili alan Səriyyə 19 yaşında kollecdə tanıdığı və sevdiyi Adil ilə ailə həyatı qurur. ( ən azından həmin vaxt belə düşünürdü) Rayona gəldikdə isə Səriyyə tamam fərqli cür fikirləşir. Onun gözündə öz peşəsini sevən Kərimxan Sultan cə Qərib dürüst ,şərəfli insanlar idi . Adil isə süni, saxtakar biri idi. Zamanla Səriyyə Adillə arasında olan fərqləri çox aydın şəkildə görür . Onu ,yoldaşları ilə yaxınlaşdıran bu körpü , Adillə arasında bir uçurum yaradır. Səriyyə əslində onu heç vaxt sevmədiyini anlayır. Səriyyə saf və təbiət qədər real və səmimi idi . Hislərini olduğu kimi deməyi bacarırdı. Bəlkə də buna görə də Səriyyə müyyən dövlərdə ədəbiyyatda "əxlaqsız" qadın olaraq şərh edilir. Hislərini düzgün ifadə edə bilməyən ,saxta, "xoşbəxt" görünməyə çalışan ailələr üçün həqiqətən də Səriyyə yaxşı nümunə deyildi! Alıntılar Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edir. Və and içmişdim ki, əgər, özümdən asılı olsa, həyatımda heç bir acı xatirəyə yol verməyəcəyəm. Mən nənələrim kimi eləməyəcəyəm. Mən tamam ayrı cür yaşayacağam. Mən tamam başqa bir zamanın qızıyam. Mən süni peyk düzəldib maya buraxıram və bu peykin sürəti qarşısında zaman-məkan öz hökmünü itirir. Biz gələcəyə körpüsalanlarıq. Biz hələ çox körpülər salacağıq! Mən gələcəyə doğru hərəkət edərkən yaşayıram.
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960743 okunma
Qəlblərdəki körpüləri yerlə-yeksan edən- İnsanlar
Puan vermedi·150 syf.··
2021 79. kitabı
·
3 günde okudu
·
Okunma: 08 Ağustos 2021 14:34
Eh...Səriyyə..Sevmədiyim qadın obrazlarından biri oldu.Əsərdə şəxsiyyət azadlığı məsələsinə toxunulur.Və bu o zamankı ədəbiyyatımız üçün bir yenilik idi. Əsər boyu həm Səriyyənin düşüncələrinə,həm də Adilin mənəvi dünyasına səyahət edirik.  Şəhərdən  həyat yoldaşı Adilin xüsusi vəzifəyə keçirilməsi ilə əlaqədar kəndə  yola düşürlər.Bura da körpüsalanlar briqadası ilə tanışlığı Səriyyəni dəyişir. Xüsusilə də istefaya çıxmış və körpüsalanlar arasında olan leytenantla bağlı hissləri ... Əslində bu hisslər haqda heç danışmamışdılar da.Bir- birindən gözlərini qaçırtmaq eşq deyilmi?! Bu gizlin eşq Adili də düşündürür.Adil ağır təbiətli biridir.Onun üçün xanımının da daha ciddi biri olması şərtdir.Amma o hər dəfə  Səriyyənin hərəkətlərinə ( məsələn kişilərlə ova getməsi, şərab içməsi,  müxtəlif əyləncəli oyunlar oynaması, gecə yarı papirus çəkən leytenantı izləməsi)  göz yumur.Çünki içində Səriyyəni itirmək qorxusu baş qaldırır.Əslində Adil və Səriyyə sevərək evləniblər.Özü də yaraşıqlı,ağıllı biridir. Səriyyə isə özünü körpüsalanlarla xüsusilə istefaya çıxmış leytenant buldozerçi Qəriblə xoşbəxt hiss edir.Qəlbində Adilin onun hərəkətlərinə narazı olub amma yenə də onunla mehriban olmasıyla barışa bilmir.  Adil isə onu sevdiyindən bu xoşagəlməz halları sezsə də daha da mülayim olmağa çalışır. Lakin günü-gündən onlar arasında salınan körpü yerlə-yeksan olunmaqdadır.
1000Kitap
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960743 okunma
10/10
·150 syf.··
Beğendi
·
2024 4. kitabı
Səriyyə və onun kimilər, siz nə sevməyi bilərsiz nə sevilməyi :D Kitab yeni evli qadının ərinə qarşı etdiyi emosional xəyanətindən və tərəflərin iç dünyasında hadisələrə baxışından bəhs edir. Gənc mühəndis Adil və yol-tikinti texnikumunu bitirmiş Səriyyə evlənir, ilk vaxtlar evliliklərində hər şey yaxşı gedir. Daha sonra Adili rayona yol çəkilməyinə rəis təyin edirlər və gənc ailə rayona köçür. Səriyyə də körpü salınmasında iştirak edir, bu işdə kamanda yoldaşları 3 gənc oğlan olur. Oğlanlardan biri ilə ilk baxışdan bəri aralarında emosional münasibət gedir, heç bu barədə danışmasalar da. Hadisələrin gedişatında Səriyyə heç bir səhvi olmayan ərinə soyuq və pis davranır, davranışlarına özü də məntiqli açıqlama verə bilmir. Əri Səriyyənin 3 gənc oğlanla bütün vaxtını keçirməsinə bir söz demir ki, arvadı özü səhvini başa düşsün. Lakin Səriyyə bunun əvəzinə hər dəfə oğlanlarla, əsas da gizli hissləri olan Qəriblə daha da yaxınlaşır. Yəqin ki, xəyanət edib de etməmiş kimi davranan insanların ağlından keçənləri bu kitab sayəsində öyrənmək olar. Səriyyə özünü heç o yerə qoymur, hələ ərini borclu da çıxarır. Xülasə, kitabı oxuyanda türklər demiş sinir krizi keçirdim. Amma o qədər bəyəndim ki, dili sadə, çox axıcı və təsirli əsərdi.
Azərbaycan ədəbiyyatı
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960743 okunma
10/10
·150 syf.··
Beğendi
·
2023 42. kitabı
"İnsan həyatı nə qəribədir... bəzən tuş tutub getdiyin yol hardan başlayır və səni haralara aparıb çıxarır...əvvəl söyüd salxımlarının zərif kölgəsi ilə sakit-sakit axan çay birdən nə amansız burulğanlar yaradır... Başqasına bəxş etdiyin səadət bəzən necə sərt bir tikan olub, onun qəlbinə sancılır. Sən isə buna qarşı biganə olursan. Kim deyər ki, bunların hamısı bizim iradəmizdən asılıdır." Azərbaycan ədəbiyyatında qələmini çox sevdiyim #İlyasƏfəndiyevin #Körpüsalanlar əsəri ilə qarşınızdayam bu dəfə də... Deyə bilərəm ki, məndə dərin iz buraxan əsərlərdən oldu. Əsərdə hadisələrə həm Səriyyənin, həm də Adilin dilindən yer verilməsi xüsusilə təsirli idi. Hər ikisinin fikirlərini oxuduqca eyni zamanda həm qınayıb, həm anlayışlı qarşılamağım, ikisi üçün də həm təəssüf hissi keçirib, həm acıqlanmağım əsərin necə dərin duyğulara toxunduğunun bir sübutu ola bilər. #Səriyyə və #Adilin hekayəsini oxuduyarkən, yazıçı bizə əmin olmadan atılan addımların necə də məyusedici nəticələri ola biləcəyini bir daha göstərir. Və bəzən çəkinsək də o cəsarətli addımı mütləq və gec olmadan atmağın nə qədər vacib olduğunu...Bu hissə əsərdəki bir cümlə ilə ifadə edilə bilər: "Mən duyğuların əsarətinə, köləliyinə nifrət edirəm." Kim bilə bilərdi ki, onların uzaq yolları biri-birinə qovuşdurmaq üçün tikdiyi #körpü güclü yağışlara, sellərə davam gətirərkən, bir-birinə həyat yolunda birlikdə olacağına dair söz vermiş iki insanın qəlbləri arasında böyük bir #uçurum yaradacaq... Kitab haqqında çox şey danışmaq olar. Sadəcə alın və oxuyun.
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960743 okunma
9/10
·150 syf.··
Beğendi
·
2023 44. kitabı
·
10 saatte okudu
·
Okunma: 23 Eylül 2023 21:36
İlyas Əfəndiyevin Körpüsalanlar romanını oxuyub bitirdim. Bu gün başladım və fasiləsiz oxudum. Əsəri 3 - cü dəfə idi oxuyurdum. Məktəb vaxtı 8-ci sinifdə, 6-7 il bundan qabaq və indi. Çoxdandır klassika oxumaq arzusunda idim.Qanun nəşriyyatında endirim olanda almışdım. İlyas Əfəndiyevi bəyənirəm. Dili sadə, oxunaqlı, rahat, ürəyəyaxın və içdəndir. İlyas Əfəndiyev mənim uşaqlığımdır.Məktəb illərimdir. Dəbdən düşməyən sevimli yazarımdırKörpüsalanlar da bəyəndiyim romanıdır. Əsərin baş qəhrəmanı Adil və Səriyyə cütlüyüdür. Səriyyə şıltaq və ərköyün uşaqdır mənə görə.Özbaşınadır. Özünü evli qadın kimi aparmır. Səhvləri həddindən artıq çoxdur. 19 yaşlı çılğın gəncdir.İdealist, vicdanlı, düzgün və səmimi bir gənc xanım. Adil 30 yaşlı istedadlı mühəndisdir.Ali təhsilli, uğurlu gələcək üçün addımlar atan, gözü vəzifədə, yuxarılarda olan , ancaq yüksəlmək niyyətində olmuş gənc. Əslində hər ikisi də ürəyində yox səsli şəkildi danışsa və şübhələrini, narahatlıqlarını dilə gətirsə idilər ailə problemi bu qədər dərinləşməz və uçuruma yuvarlanmazdı. İlk gündən bu ailə bir-birinə heç uyğun deyildi: Yaş fərqi, həyat tərzi, dünyaya baxışları, gözləntiləri, xəyalları, arzuları və s. Ailənin təməlini sarsan, onu uçuruma aparan yol iki nəfərin bir-birinə uyğunsuzluğundan irəli gəlir. Ən böyük faciə isə bir evdə iki fərqli dünyaların insanlarının YAŞAMASIDIR.Əsər iki nəfərin ayrılması ilə bitir. -“Bizdən hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik.Gələcək isə həyat deməkdir.Ona görə də biz ayrılmalıyıq.Sağ ol!” Səhv hər ikisinindir. Adil çox şeyə susur və qarşı tərəfdən özünütənqid və səhvlərini görməyi gözləyir.Qarşı tərəf isə özündə qəti səhv görmür. Səriyyə Adil ilə ailə qurub lakin qurduğu ailənin məsuliyyətini
Edebiyat
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960743 okunma
10/10
·150 syf.··
Beğendi
·
2024 33. kitabı
·
36 saatte okudu
·
Okunma: 15 Aralık 2024 21:23
"Bizdən hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik." Bu fikir İlyas Əfəndiyevin "Körpüsalanlar" əsərinin mahiyyətini əks etdirir. İnsanların dünyagörüşləri, məqsədləri və həyat tərzləri fərqli olduğu üçün gələcəyə baxışları da müxtəlifdir. Əsər yalnız bir körpü tikmək prosesini deyil, eyni zamanda insanları birləşdirən və onları ayıran dəyərləri, arzuları ifadə edir. Bəzi insanlar burada Adildə və yaxud Səriyyədə günah olub olmadığını müzakirə edirlər. Mən elə fikirləşirəm ki əsər yazılarkən yazıçının məqsədi insanların əsəri oxuyub günah kimdədir deyə düşünməkləri deyil. Əsərdə gələcəyə fərqli baxışın insanlar arasındakı münasibətə necə zərər verəcəyi gostərilib. Səriyyə də Adil də mənim nəzərimdə müəyyən qədər səhvləri olsa da (hər bir insanın mənfi cəhətləri var və səhvlər edir) yaxşı insanlardır. Sadəcə olaraq bir-birinə uyğun deyillər, ayrı dünyaların adamlarıdır.
1000Kitap
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960743 okunma
Hər birimiz, öz həyatımızda bir körpüsalanıq...
8/10
·160 syf.·
2024 4. kitabı
Körpüsalanlar... həyatda hər birimiz bir körpüsalanıq . Körpünün qurulması müəyyən məqsədlərə əsaslansa da əsas məsələ , onun təməlini sağlam qurmaqdır. Körpümüz nə qədər məsuliyyətlə qurulmasa, zamanla çat verəcək, dağılacaq və bizi uçuruma yıxacaq.  Bu iş mühitində, sosial mühitdə,  dost, ailə bağlarının qurulmasında əsas məsələlərdəndir. Romanın mövzusunda olduğu kimi, doğru təməlsiz qurulan ailənin aralarında soyuqluğun yaranması, bir birini yola vermək və sonda ayrılıq qərarı.  Münasibətdə  "şəxslər bir-birinin əksi olmalıdır ki, ailə tamamlansın" anlayışıyla barışmıram. Çünki, hərkəs ağ-qara ola bilmir. Ağı məcbur qara, qaranı da ağ etmək yersiz olardı... Romanın baş qəhramanları yeni ailə quran Səriyyə və Adildir. Səriyyə 20 yaşlı azad fikirli, şıltaq, ərköyün, eyni zamanda realist və açıqsözlü gənc xanımdır. Onun fikrincə istədiyi hər şeyi etmək hüququ var.  Adil 31 yaşlı, ağıllı, ləyaqətli,  yerini bilən bir gəncdir. Adilin amalı isə, yüksək vəzifə, karyera ali təhsil,  yüksəliş idi. Adil istəyirdi xanımı özünü ona uyğun səviyyədə aparsın. Qətiyyən məhdudiyyət verən biri deyildi. Səriyyənin azadlığına  qarışmır, ona dəstək olmağa çalışır. Onun səhvlərini görməzdən gəlir, susurdu. Amma bu azadlıq , səhvlər həddi aşandan sonra münasibətə xələl gətirirdi... Səriyyə ailəli xanım olsa da, ailənin məsuliyyətini dərk edə bilmirdi. Onlar arasındakı uyğunsuzluq, yaş fərqi, fikir ayrılığı, məsuliyyətsizlik onların körpüsünün təməlini sarsıtdı. Zamanla isə hadisələrin həddi aşması, ailə bağlarının tellərinin bir-bir qırılması və Səriyyənin son sözünü deyərək, sonuncu teli qırmasıyla nəticələnir. -Sənin bədbəxtliyin orasındadır ki, gələcəyini görə bilmirsən. - Bizdən hər birimiz gələcəyi ayn cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa
Aile - Evlilik
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0743 okunma
9/10
·160 syf.··
Beğendi
·
2024 102. kitabı
·
17 günde okudu
·
Okunma: 22 Kasım 2024 20:19
“Körpüsalanlar” İlyas Əfəndiyevin yəqin ki, oxuduğum sonuncu əsəridir. Süjet xətti marağımı çəkən bu əsər artan-enən tempi ilə məni özünə bağlamışdı. Həyatının mənasını tapdığını dediyimiz Səriyyə açığı məndə qıcıq hissi yaratdı. Adilin hissələrində isə ona xeyli yazığım gəldi. Qərib də məndə qıcıq hissi yaradırdı. Çünki Səriyyənin hislərini duymamış deyildi və onun vəziyyətini anlayıb oradan gedə bilərdi. Ancaq Qəribin də Səriyyəyə qarşı boş olmadığını və dostları atmağın da çətin olduğunu fikirləşəndə bəzən bu qıcıq hissim itirdi. Ümumilikdə bu əsər çox xoşuma gəldi. Ətrafımda buna oxşar hadisələrə rast gəlmişəm. Sona yaxın hər 1 səhifəsi, ömrümdən gedən 1 ilmiş kimi hiss etdiyim bu əsərlə belə inceleme ilə sağollaşmağı özümə borc bildim. Bura qədər gələ bildinizsə təşəkkürlər!
1000Kitap
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0743 okunma
Reklam

Yazar Hakkında

İlyas EfendiyevYazar · 37 kitap
Azerbaycanlı yazar. 1972 Azerbaycan Devlet Ödülü ve 1979 Azerbaycan Halk Yazarları ödülünün sahibidir. İlyas Muhammed oğlu Efendiyev 26 Mayıs 1914'te Qaryaginde (şimdiki Füzuli şehri) tanınmış ve saygın tüccar ailesinde doğdu. Nesillerce okumuş ruhani ve zengin tüccar ailesinden çıkmış babası Muhammed 1884 yılında doğdu. Onun anne ve babası tüm Karabağ'da bilinen, fakire, yoksula el tutan, iyi ve asil bir toplum idiler. Bu ailenin bir kolu tüccar soyuna mensup olup alım işleriyle meşgul olmuştur. Diğer kolu ise ruhani eğitimi almış, bilgili hoca ve ulemadan ibaretti. Yazarın babası Muhammed Efendiyev bu ailenin ticaretle uğraşan koluna mensup olmuştur. O, 7-8 yaşında iken babası vefat etmiş, annesi kocaya gitmeyerek tüm ömrünü dört küçük oğlu ile bir kızı yetiştirip ulaştırmaya geçirdi. Muhammed Efendiyev köyde beş yıllık Rus-Tatar okulunu mükemmel fiyatlarla bitirmiş, Rus dilini mükemmel öğrenmiştir. Okulu bitirdikten sonra Qaryaginə taşınarak damadının yanında tarım aletleri satan mağazada çalıştı. Bir süre sonra o ticaretle bağımsız meşgul olmuştur. O, Rusya'nın çeşitli şehirleriyle, Tebriz ve İstanbul'da ticaret ilişkilerine girmiş, birkaç meslektaşı ile birlikte mal getirip satarak servet sahibi olmuş ve büyük saygı kazanmıştır. 1920 yılında Azerbaycan Bolşevikler tarafından işgal edildikten sonra Muhammed çeşitli işletme kontrollerinde çalışmıştır.