a

Azərbaycan ədəbiyyatı

4 üye
Takip
Bax, saatı görürsən, saniyə əqrəbi necə tez qaçır. Gözünü zillə bax, gör heç saat əqrəbinin hərəkətini görə bilərsən? Ama gözünü çək, iki-üç saatdan sonra bax, görəcəksən ki, burdan bura gəlib. Adam da belədi. Uşaqlıqda tez-tez dəyişir. Saniyə əqrəbi kimi. Böyüyəndə isə yavaş-yavaş. Saatlar, günlər gedir, ömürdən gedir, gündə necə dəyişdiyini duymursan, ancaq hər dəqiqə, hər saat dəyişirsən.
Ayıq vaxtı ürəyinin dibində pas atıb qalanları, çürüyüb ürəyində itənləri üzə çıxarıb özgəsinə açmaq olmur. Onlar da qalır, kif atır, çürüyüb ürəyini də çürüdür, ömrünü də.
Reklam
Oxuyun! Oxutdurun!
Ancaq oxuduğun ayağını yerə,başını yüksəkliyə,qəlbini ülviyyətə bağlasın. Oxu!.. Oxuduqların sənin olsun,səndə olsun. Oxuma-düzü əyri göstərəni,öyrədəni. Oxuma-səndə yox edəni. "Füyuzat" jurnalı
Bir də görərsən ki, qəti alınmır! Səni gecələrin zülməti çəkər, Dodağın bir öpüş həsrəti çəkər. Yanar dodağında bir dodaq yeri, Lap elə mən ölü, sən də ki, diri; Qabları yuyarsan, çörək alarsan, Görərsən könlünün simi tarımdı. Amma bilməzsən ki, niyə yarımsan, Bilməzsən evində nəyin yarımdı… Könlünə qəfil bir qayıtmaq düşər, Birdən başlayarsan lap darıxmağa… Dönərsən gəldiyin yola baxmağa, Qəhər boğazında ilişər qalar, Dönüb görərsən ki, divardı yollar, Dönüb görərsən ki, yol çıxıb gedib…
Sonra məlum oldu ki, oradakı Həmid Herisçinin də romanının adı «Nekroloq»dur, ancaq bizim Həmid Herisçinin tayı deyil. Bizim Həmid «İlan piri» deyilən koğuşa Allahı tapmaq ümidilə koramal ilanı kimi sürünə-sürünə girdiyi yerdə ədəbiyyatda əlindən su içdiyi Cəlil Məmmədquluzadənin ruhu ilə qarşılaşır. Cəlilin ruhu deyir: «Eşitdim demisən ki, Cəlil Azərbaycan ədəbiyyatına yamaqdı». Həmid qabağından yemir, deyir: «Hə, demişəm». Şərqin böyük satira ustası Məmmədquluzadə əlini cibinə atıb sakitcə: «Al bu iynə, bu da sap, yama məni Azərbaycan ədəbiyyatına, ört bu ədəbiyyatın yırtığını”.
Pdf
Tapmaca: "Adamam-dağdan ağıram". Tapmacanın mənası müsəlman kişisidir.
Reklam
83 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.