Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

«Bəli, əsəbiyəm!»
Mənə "əsəbisən" deyən düz deyir Mənim nöqsanımı demək istəyir. Söz atdın... Könlümdə qopdu zəlzələ, Bilmədim,nə zaman çıxdım özümdən Toxundun könlümə üstəlik hələ Deyirsən, lal olum, qışqırmayım mən? Dəmir dəmirdi ki, toxunsan əgər O da cingildəyər, o da səslənər. Mən ki istəmərəm bir ürək sına Əsəbiyəm, Çünki həyəcanım var. Hardasa bir haqqın tapdanmasına Mən dözə bilmərəm isti qanım var Mənə biganədir soyuqqanlılıq Hər şeyə öz ölçüm, öz tərəzim var Sənin qərəzinin mənə dəxli yox Mənim öz görüşüm, öz qərəzim var. De, necə od tutub alışmayım mən- Fikirsiz, məsləksiz ölü canlara? Bəli, əsəbiyəm, heç çəkinmədən Mənim əqidəmə toxunanlara Dünyaya gəlmişəm, qanam. Anladım, Ürəyim od tutub yanar. Bəli,əsəbiyəm, çünki insanam, Mənim nifrətim var, məhəbbətim var. Quzuya da bəli? Qurda da bəli? Deyirsən, olmasın baxışım mənim? Nöqsanım budursa əgər... Deməli, Ancaq naxışımdır yanlışım mənim.
Bahtiyar Vahabzade
Bahtiyar Vahabzade
·
1 artı 1'leme
·
212 görüntüleme
Kitabsever okurunun profil resmi
Çox sevdiyim şeirlərindəndir şairin. Dəyərli şairimizin hər kəlamı gözəldir. 💙
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.