Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Azərbaycan ədəbiyyatı

Profil
Sənə gedən yolları yadda saxlamaqda mənə kömək et ki, bir ömür keçdikdən sonra yenə yanına gələ bilim.
Aristotelin bir sözü var, deyir ki, sevmək ən yaxşı hesab etdiyin nemətləri özün üçün deyil, sevdiyin üçün arzulamaq, onu bu nemətlərlə mümkün qədər təmin etməkdir.
Reklam
150 syf.
10/10 puan verdi
·
Beğendi
Səriyyə və onun kimilər, siz nə sevməyi bilərsiz nə sevilməyi :D Kitab yeni evli qadının ərinə qarşı etdiyi emosional xəyanətindən və tərəflərin iç dünyasında hadisələrə baxışından bəhs edir. Gənc mühəndis Adil və yol-tikinti texnikumunu bitirmiş Səriyyə evlənir, ilk vaxtlar evliliklərində hər şey yaxşı gedir. Daha sonra Adili rayona yol çəkilməyinə rəis təyin edirlər və gənc ailə rayona köçür. Səriyyə də körpü salınmasında iştirak edir, bu işdə kamanda yoldaşları 3 gənc oğlan olur. Oğlanlardan biri ilə ilk baxışdan bəri aralarında emosional münasibət gedir, heç bu barədə danışmasalar da. Hadisələrin gedişatında Səriyyə heç bir səhvi olmayan ərinə soyuq və pis davranır, davranışlarına özü də məntiqli açıqlama verə bilmir. Əri Səriyyənin 3 gənc oğlanla bütün vaxtını keçirməsinə bir söz demir ki, arvadı özü səhvini başa düşsün. Lakin Səriyyə bunun əvəzinə hər dəfə oğlanlarla, əsas da gizli hissləri olan Qəriblə daha da yaxınlaşır. Yəqin ki, xəyanət edib de etməmiş kimi davranan insanların ağlından keçənləri bu kitab sayəsində öyrənmək olar. Səriyyə özünü heç o yerə qoymur, hələ ərini borclu da çıxarır. Xülasə, kitabı oxuyanda türklər demiş sinir krizi keçirdim. Amma o qədər bəyəndim ki, dili sadə, çox axıcı və təsirli əsərdi.
Körpüsalanlar
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960389 okunma
Elə xatirələr var ki, onlar ömrümüz boyu bizə əzab verir. Qarşımıza çıxan hər şirin günə bir damcı zəhər qatır.
Bu dünyada bizim ağlımızdan gəlib keçən hər fikir ağıllı, əsaslı fikir olsa nə var idi ki?
Doğurdan mı, hər bir həvəsdən, xeyirli hesab elediyin hər bir işdən axirda bu cür ağır, kədərli xatirədən başqa heçnə qalmır? Doğurdan mı, məyusluq bizim son mənzilimizdir?
163 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.