Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Azərbaycan ədəbiyyatı

Profil
150 syf.
10/10 puan verdi
·
Beğendi
Səriyyə və onun kimilər, siz nə sevməyi bilərsiz nə sevilməyi :D Kitab yeni evli qadının ərinə qarşı etdiyi emosional xəyanətindən və tərəflərin iç dünyasında hadisələrə baxışından bəhs edir. Gənc mühəndis Adil və yol-tikinti texnikumunu bitirmiş Səriyyə evlənir, ilk vaxtlar evliliklərində hər şey yaxşı gedir. Daha sonra Adili rayona yol çəkilməyinə rəis təyin edirlər və gənc ailə rayona köçür. Səriyyə də körpü salınmasında iştirak edir, bu işdə kamanda yoldaşları 3 gənc oğlan olur. Oğlanlardan biri ilə ilk baxışdan bəri aralarında emosional münasibət gedir, heç bu barədə danışmasalar da. Hadisələrin gedişatında Səriyyə heç bir səhvi olmayan ərinə soyuq və pis davranır, davranışlarına özü də məntiqli açıqlama verə bilmir. Əri Səriyyənin 3 gənc oğlanla bütün vaxtını keçirməsinə bir söz demir ki, arvadı özü səhvini başa düşsün. Lakin Səriyyə bunun əvəzinə hər dəfə oğlanlarla, əsas da gizli hissləri olan Qəriblə daha da yaxınlaşır. Yəqin ki, xəyanət edib de etməmiş kimi davranan insanların ağlından keçənləri bu kitab sayəsində öyrənmək olar. Səriyyə özünü heç o yerə qoymur, hələ ərini borclu da çıxarır. Xülasə, kitabı oxuyanda türklər demiş sinir krizi keçirdim. Amma o qədər bəyəndim ki, dili sadə, çox axıcı və təsirli əsərdi.
Körpüsalanlar
Körpüsalanlarİlyas Efendiyev · Uşaqgəncnəşr Nəşriyyatı · 1960396 okunma
Elə xatirələr var ki, onlar ömrümüz boyu bizə əzab verir. Qarşımıza çıxan hər şirin günə bir damcı zəhər qatır.
Reklam
Bu dünyada bizim ağlımızdan gəlib keçən hər fikir ağıllı, əsaslı fikir olsa nə var idi ki?
Doğurdan mı, hər bir həvəsdən, xeyirli hesab elediyin hər bir işdən axirda bu cür ağır, kədərli xatirədən başqa heçnə qalmır? Doğurdan mı, məyusluq bizim son mənzilimizdir?
Mən heyvanın üzünə baxarkən, bayaq bizi qarşılayarkən üzündəki xoşhallığı xatırlayırdım. Bəlkə də, o bizi dost bilmişdi. Lakin, biz onu öldürdük.
Məhəbbət nə yaman bəla imiş, ürək nə yaman şеy imiş! Ələlxüsus arvad ürəyi, gah daş kimi bərkiyir, gah da mum kimi yumşalır... Gah buz kimi dоnur, gah Ərəbistanın günü tək adamı alışdırır. Gah su оlur, gah qan...
Abdurrahim bey Hakverdiyev
Abdurrahim bey Hakverdiyev
Reklam
96 syf.
8/10 puan verdi
·
Beğendi
Əsər Oqtay adlı bir gəncin Azərbaycana teatrı gətirməyə çalışması və üzləşdiyi çətinliklərlə bağlıdır. Aktyorlar məsxərə ilə qarşılanır, biletlər əsərin dili ilə "yalvara-yalvara" satılır, qadın rollarını kişilər və ya rus qadınlar oynayır. Bunun müşayiətində Oqtaya Firəngiz adlı bir qiz aşiqdir, lakin Oqtayın və teatrın ciddiyə alınmadığı bir cəmiyyətdə onların sevgisi qəbul olunmur, ailesi Firəngizi hisslərini danmağa məcbur edir. Qısa da olsa çox gözəl əsərdi, keçmişimizi və incəsənətimizin keçdiyi çətin yolları görmək insana bugünü də sorğuladır. Bugün də televiziyamızda bir Azərbaycan filmi, serialı görəndə əksəriyyət refleks olaraq bəyənmir və məsxərəyə qoyur. Keçmişdə teatrımızın üzləşdiyi pis münasibətlə bugün kinomuz üzləşir.
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021311 okunma
Mənim dərdimin dərmanı elə bu tökdüyüm göz yaşıdır. Yanğının əlacı sudur, mənim ürəyim od tutub yanır, ürəyin yanğısını da ancaq göz yaşı sakit edə bilər.
Siz hissiz, duyğusuz, buz kimi soyuq qəlbinizi yazırsınız. Mərhum Qoqol demişkən, siz özünüzə gülürsünüz. Qələmi qoyun, çıxın gedin işinizə, ola bilər ki, başqa sahələrdə siz cəmiyyət üçün, özünüz üçün daha xeyirli adamlar olarsınız.
285 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Hər kəsə salam. Bu gün Gənc yazarlarımızdan biri, kitabı ilə 1000K tətbiqi vasitəsiylə tanış olduğum Nəimi İsmayılzadənin *Qarmaqarışıq* adlı kitabı haqqında fikirlərimi bölüşmək istəyirəm. İlk öncə, onu qeyd etmək istərdim ki, kitabı oxuyan zaman məyusluq hissi keçirməyimin ilkin səbəbi kitabı məhs pdf şəklində oxumaq idi, çünki mən kitabı
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024111 okunma
Reklam
Bir qrup insan var ki, onlar cənnəti arzulayırlar. Onlar tamahkar və mənfəətcil adamlardır. Digərləri cəhənnəm qorxusu ilə yaşayırlar, bunlar aciz və qorxaq məxluqlardır. Bir qisim insanlar da var ki, onlar cənnət arzusunun və cəhənnəm qorxusunun fövqündə dayanırlar. Onlar azad insanlardır. Onları heç nəylə məğlub etmək olmaz, - deyirdi Kərbəlayı Əziz.
Sayfa 39 - Çapar yayınlarıKitabı okudu
165 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.