Nənəm deyərdi ki, əgər bir adam "mən bunu heç vaxt eləmərəm" söyləyirsə, şeytan işini-gücünü bir kənara qoyur və həmin adamı öz vədini pozmağa məcbur etməyincə sakitləşmir.
Axşamınız xeyr dostlar.
Bu defeki kitabım daha önce 𝑴𝒆𝒏 𝒒𝒂𝒚𝒊𝒅𝒂𝒏𝒅𝒂 𝒆𝒗𝒅𝒆 𝒐𝒍 eseriyle tanış olduğum 𝐸𝑙𝑐̧𝑖𝑛 𝑆𝑒𝑓𝑒𝑟𝑙𝑖𝑛𝑖𝑛 𝑀𝑒𝑛𝑒 𝑑𝑒𝑛𝑖𝑧𝑑𝑒𝑛 𝑑𝑎𝑛𝑖𝑠̧ eseri oldu.
Desem ki, diger kitab daha çox marağımı çekmisdi. Deniz sevdalısı olaraq bu kitab barede böyük gözlentide olsam da beyenmedim kitabı. Yazarın öz heyatından behs eden bioqrafik eser terzinde idi. Abşeronda başlayıb, İstanbula qeder uzanan hekayede yazıçı öz ailesinden, heyat maceralarından, sevgisinden, itkilerinden ve düşüncelerinden behs edir.
Oxumamısınızsa ve yazarın qelemi ile tanış olmaq isteyirsinizse, 𝐌𝐞𝐧 𝐪𝐚𝐲𝐢𝐝𝐚𝐧𝐝𝐚 𝐞𝐯𝐝𝐞 𝐨𝐥 kitabını oxuyun, bunu yox..Lakin onu da qeyd edim ki, kitabın içinde möhteşem alıntılar var.
︎︎︎︎︎︎ 𝒽𝒾𝓈𝓈ℯ𝓈𝒾
İnsana xoşbəxtlik gətirən nə varsa, xarici aləmdə yox, onun öz içindədr.
Əsl azadlığı yalnız dənizin sahilində əldə etmək mümkündür.
Xoşbəxtlikdə də, bədbəxtlikdə də bir şəfa, insanın dünyaya yenidən doğuluşu gizlənir.
İnsan mühitin məhsuludur. Əlverişli mühit yaradın, onda yaxşı cəmiyyət əldə edərsiniz!
Həyat bütövlükdə dar bir körpüdür, gərək qorxmayasan.
Oğlum, heç vaxt heç yerə tələsmə.
Dünyaya istəyin gözləri ilə baxma. İlanın da beli naxışlarla bəzənib, amma onun öldürücü zəhəri var.
"İlanı görürsən? Ondan qorxma. Allah pisliyi təkcə insanın içinə qoyub, heyvanlar pisliyin nə olduğunu bilmir... İlan uzun və sağlam ömrün rəmzidir. "
Xoşbəxtlik insanın həyatına müxtəlif yollarla, həmçinin, itkilərdən keçmək və çətinliklərin öhdəsindən gəlməklə də daxil olur. Həyat eyni şəkildə qalmır, daim dəyişir.
Bir-birinin qəlbində yaşayan insanlarn arasına nə ölüm, nə də başqa bir şey girə bilər.