Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mənə Dənizdən Danış

Elçin Safarli

Mənə Dənizdən Danış Sözleri ve Alıntıları

Mənə Dənizdən Danış sözleri ve alıntılarını, Mənə Dənizdən Danış kitap alıntılarını, Mənə Dənizdən Danış en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Sənə gedən yolları yadda saxlamaqda mənə kömək et ki, bir ömür keçdikdən sonra yenə yanına gələ bilim.
Sayfa 138Kitabı okudu
Sevgidə hökmranlıq, paxıllıq, təkəbbür yoxdur. Sevgini nə qədər səxavətlə bölüşürsənsə, o qədər çoxalır.
Reklam
Haqqında danışmalı olduğumuz yeganə şey bizim hisslərimizdir. Özünü ağıllı göstərmək cəhdləri cəfəngiyatdır. Nə hiss edirsənsə, onu da dilə gətirməlisən.
İnsana xoşbəxtlik gətirən nə varsa, xarici aləmdə yox, onun öz içindədr.
Həyatda nəyəsə bağlanmaq düzgün deyil, çünki yer üzündə əbədi, dəyişməyən heç nə yoxdur.
Sayfa 43 - teas pressKitabı okudu
Reklam
Həyat bütövlükdə dar bir körpüdür, gərək qorxmayasan.
Xoşbəxtlikdə də, bədbəxtlikdə də bir şəfa, insanın dünyaya yenidən doğuluşu gizlənir.
Möhkəm düyünləri tələsik açmaq mümkün deyil, onları səbirlə, bir-bir açmaq lazımdır. Əgər sənin arzun zamanın sınağına tab gətirməyibsə, onun bir qəpiklik qiyməti yoxdur.
Sayfa 123Kitabı okudu
Dünyaya istəyin gözləri ilə baxma. İlanın da beli naxışlarla bəzənib, amma onun öldürücü zəhəri var.
Reklam
"Həyat böyük bir bağça, insanlar isə çiçəkdir. Hər birinin öz rəngi, qoxusu, yeri, tarixçəsi var. Amma onların hamısı günəşin sevimlisidir. Günəşə doğru can at, Eliş, yağışlar ara verməyəndə belə, onu gözlə".
Bilirdi ki, insanlar özləri ilə sevgidən çox, dərd gətirirlər.
Sayfa 135Kitabı okudu
Bütün insanlar bərabər yaradılıb, yaradan onlara bir sıra dəyişməz hüquqlar verib, həyat, azadlıq və xoşbəxtlik haqqı da onların cərgəsindədir.
Həyatda nəyəsə bağlanmaq düzgün deyil, çünki yer üzündə əbədi, dəyişməyən heç nə yoxdur.
141 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.