Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Vüqar Biləcəri

Vüqar BiləcəriQərib Xəyal yazarı
Yazar
8.3/10
12 Kişi
84
Okunma
138
Beğeni
23,5bin
Görüntülenme

Hakkında

Tam adı:
Vüqar Paşayev
Unvan:
Şair
Doğum:
Azerbaycan, 24 Ağustos 1988
Ölüm:
Azerbaycan, 29 Ağustos 2020

Okurlar

138 okur beğendi.
84 okur okudu.
52 okur okuyor.
319 okur okuyacak.
4 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
getdi...
Bədbəxtdir o aşiq ki, könül sirdaşı getdi, Ömrün nədi mənası ömür yoldaşı getdi. Aşiqlə yarın yolları ayrıldığı gündən, Zənn eylə qopub bəxt üzüyündən qaşı, getdi. Yar saldı gözündən məni, bir surətə düşdüm, Kim saldı nəzər axdı gözündən yaşı, getdi. Bir dosta dedim, gəl sinəmin yarələrin say, Üçdən birin hesablamamış yaddaşı getdi. Zalım elə baxdı, ürəyim titrədi tir-tir, Min yarə vurub bağrıma xəncər qaşı, getdi. Sevda çölünü gəzməyə çıxdıq neçə aşiq, Məcnun idi ən başda gedənimiz, başı getdi. Kim bilməsə sağlıqda nədir zövqü-məhəbbət, Öldükdə deyərlər naşı gəldi, naşı getdi. Çəhd eylə, Vüqar, ömrünü mənalı keçir ki, İz qoydu desinlər, deməsinlər yaşı getdi.
Sayfa 71 - Parlaq imzalarKitabı okudu
Gülüm
Gül ki, ey qönçə dodaqlım, ki baxıb mən də gülüm, Tanrı bir başqa gözəllik yaradıb səndə, gülüm. Oyanıb naz ilə hər sübh dararsan zülfün, Tellərin ətrini yellər səpələr kəndə, gülüm. Seyri-gülşəndə çıxıb seyr eləsən naz ilə, Baş əyər fəxr ilə güllər sənə gülşəndə, gülüm. Mürği-dil boylanar hərdən qara xalın tərəfə, Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm. Öz əliylə bəzəyib həzrəti-memar səni, Sonra göydən yerə göndərdi nümayəndə, gülüm. Elədim zülfü-pərişanına bir dəfə nəzər, Fikrim ondan sora ta oldu pərakəndə, gülüm. Mərhəmət eylə, Vüqar, bəxtiqarənin gününə, Bəlkə, biz də çıxarıq bir yana sayəndə, gülüm.
Sayfa 95 - Parlaq imzalarKitabı okudu
Reklam
Gözünü qırpmadan sənçün öləni, Sən göz qırpımında atıb gedərsən. Səni qəlb taxtında Yusif biləni Sən qul bazarında satıb gedərsən.
Sənsiz
Sən gedib məndən alandan məni qaldım sənsiz, Gəlmədin, gözləri yollarda qocaldım sənsiz. Bir qərib şam işığı, bir həzin hicran otağı, Sənlə birlikdə keçən günlərə daldım sənsiz. Eşq bazarına getdim, belə sevda etdim, Fǝrǝhi, nəşəni satdın, kədər aldım sənsiz. Getmisən, badeyi-hicran içirəm, ey daşürək, Vəsl peymanəsini daşlara çaldım sənsiz. Hicr döndərdi könül mülkünü qəm vadisinə, Neçə qəmlə dolu karvan yola saldım sənsiz. Taleyim qarə, günüm qarǝdi, bəxtim qarə, Məni hər gün qara basdıqca qaraldım sənsiz. Ayrılıq bağçalarından sarı güllər dərdim, Sarı güllər kimi həsrətdə saraldım sənsiz. İntizarınla nələr çəkdi Vüqar bəxtiqara, Səni hər qəmli küləkdən xəbər aldım sənsiz.
Sayfa 79 - Parlaq imzalarKitabı okudu
Yerdə
Kirpik oxunu sinəmə yar atdığı yerdə, Ox da necə ox, güllər açar batdığı yerdə. Nadan qara daş parçalarından nə danışsın, Sərrafi-süxən gövhər alıb-satdığı yerdə. Pak eşq əhli gərəkdir o qədər yüksələ, ya Rəbb, Görsənməyə cahillərin əl çatdığı yerdə.
Sayfa 77 - Parlaq imzalarKitabı okudu
Vaxtsız köçən şair...
Bədbəxtdir o aşiq ki, könül sirdaşı getdi Ömrün nədi mənası ömür yoldaşı getdi Bir dosta dedim gəl sinəmin ya'rələrin say Üçdən birin hesablamamış yaddaşı getdi
Vüqar Biləcəri
Vüqar Biləcəri
Göz yaşımı tökdükcə gözümdən selə döndər Sən yaxşı bilirsən elə döndər,, belə döndər Ya Rəbb, məni ahəstə həzin bir yelə döndər Yarın qara saçlarına çəkim şa'nə ləzətdi
Vüqar Biləcəri
Vüqar Biləcəri
Reklam
Güli-behiştə naz edər, Saçından aldığım ətir. Oxunmamış kitab kimi Maraqlısan sətir-sətir. Gülümsə, ruhumun gülü, Gülüşlərinlə yaz gətir.🌸
Vüqar Biləcəri
Vüqar Biləcəri

Yorumlar ve İncelemeler

Tümünü Gör
312 syf.
·
Puan vermedi
Şairə aid düşüncələrim…
Yazarın incə düşüncələri,bu yazarın bütün düşümcələri incə və dərindir.Xüsusən dinə,mərifətə yazdığı şeirlər insanı valeh edir. Həqiqətən bu dövrün “Məhəmməd Füzuli”si məhz “ Vüqar Biləcəri”idi.
XIV əsr sonra
XIV əsr sonraVüqar Biləcəri · ÇapArt · 018 okunma
185 syf.
·
Puan vermedi
Kitabi 2 defe oxudum bir sozle mohtesemdi " Apardı bir qərib xəyal yaman məni uzaqlara "
Vüqar Biləcəri
Vüqar Biləcəri
Qərib Xəyal
Qərib XəyalVüqar Biləcəri · Parlaq imzalar · 066 okunma
·
Puan vermedi
Heyranam bir Gülə, heyran ona cənnət bağı, Hurilər də ola bilməz atılan dırnağı... Üzün gülür,gülər üzlüm,üzündə güllər açıb, Gözün gülür,qara gözlüm,gözündə güllər açıb. Dizin-dizin,könül,ol vadeyi məhəbbətdə, Sürünmüsən o qədər ki,dizində güllər açıb! Gözünü qırpmadan sənçün öləni, Sən göz qırpımında atıb gedərsən Səni qəlb taxtında Yusif
Qərib Xəyal
Qərib XəyalVüqar Biləcəri · Parlaq imzalar · 066 okunma