Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vüqar Biləcəri

Vüqar BiləcəriQərib Xəyal yazarı
Yazar
8.3/10
12 Kişi
85
Okunma
142
Beğeni
25,1bin
Görüntülenme

Vüqar Biləcəri Sözleri ve Alıntıları

Vüqar Biləcəri sözleri ve alıntılarını, Vüqar Biləcəri kitap alıntılarını, Vüqar Biləcəri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
getdi...
Bədbəxtdir o aşiq ki, könül sirdaşı getdi, Ömrün nədi mənası ömür yoldaşı getdi. Aşiqlə yarın yolları ayrıldığı gündən, Zənn eylə qopub bəxt üzüyündən qaşı, getdi. Yar saldı gözündən məni, bir surətə düşdüm, Kim saldı nəzər axdı gözündən yaşı, getdi. Bir dosta dedim, gəl sinəmin yarələrin say, Üçdən birin hesablamamış yaddaşı getdi. Zalım elə baxdı, ürəyim titrədi tir-tir, Min yarə vurub bağrıma xəncər qaşı, getdi. Sevda çölünü gəzməyə çıxdıq neçə aşiq, Məcnun idi ən başda gedənimiz, başı getdi. Kim bilməsə sağlıqda nədir zövqü-məhəbbət, Öldükdə deyərlər naşı gəldi, naşı getdi. Çəhd eylə, Vüqar, ömrünü mənalı keçir ki, İz qoydu desinlər, deməsinlər yaşı getdi.
Sayfa 71 - Parlaq imzalarKitabı okudu
Gülüm
Gül ki, ey qönçə dodaqlım, ki baxıb mən də gülüm, Tanrı bir başqa gözəllik yaradıb səndə, gülüm. Oyanıb naz ilə hər sübh dararsan zülfün, Tellərin ətrini yellər səpələr kəndə, gülüm. Seyri-gülşəndə çıxıb seyr eləsən naz ilə, Baş əyər fəxr ilə güllər sənə gülşəndə, gülüm. Mürği-dil boylanar hərdən qara xalın tərəfə, Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm. Öz əliylə bəzəyib həzrəti-memar səni, Sonra göydən yerə göndərdi nümayəndə, gülüm. Elədim zülfü-pərişanına bir dəfə nəzər, Fikrim ondan sora ta oldu pərakəndə, gülüm. Mərhəmət eylə, Vüqar, bəxtiqarənin gününə, Bəlkə, biz də çıxarıq bir yana sayəndə, gülüm.
Sayfa 95 - Parlaq imzalarKitabı okudu
Reklam
Gözünü qırpmadan sənçün öləni, Sən göz qırpımında atıb gedərsən. Səni qəlb taxtında Yusif biləni Sən qul bazarında satıb gedərsən.
Sənsiz
Sən gedib məndən alandan məni qaldım sənsiz, Gəlmədin, gözləri yollarda qocaldım sənsiz. Bir qərib şam işığı, bir həzin hicran otağı, Sənlə birlikdə keçən günlərə daldım sənsiz. Eşq bazarına getdim, belə sevda etdim, Fǝrǝhi, nəşəni satdın, kədər aldım sənsiz. Getmisən, badeyi-hicran içirəm, ey daşürək, Vəsl peymanəsini daşlara çaldım sənsiz. Hicr döndərdi könül mülkünü qəm vadisinə, Neçə qəmlə dolu karvan yola saldım sənsiz. Taleyim qarə, günüm qarǝdi, bəxtim qarə, Məni hər gün qara basdıqca qaraldım sənsiz. Ayrılıq bağçalarından sarı güllər dərdim, Sarı güllər kimi həsrətdə saraldım sənsiz. İntizarınla nələr çəkdi Vüqar bəxtiqara, Səni hər qəmli küləkdən xəbər aldım sənsiz.
Sayfa 79 - Parlaq imzalarKitabı okudu
Gül açandan solaneycən gözü gülzaridədir.
Aşiqin yarı gedib, yarı canı yaridədir, Canı cananə əmanət, dili dildaridədir. Yar heyran edib əğyarı dönüb yarə baxıb, Bu işin yaridədir cürmü, ya əğyaridədir. Bəndi-zənciri-cünunəm Kərim Allaha mədəd, Tutulub murği-könül zülfi-şəbi-taridədir. Səsi gəlməz, kəsilib bülbüli-əyyami-xəzan, Gül açandan solaneycən gözü gülzaridədir. Gərək həqq aşiqi həqq üstə çəkilsin darə, Ləzzəti-vəsl, könül, fəlsəfeyi-daridədir. Zahidin nəfsi qılıncından iti, acdı gözü, Şam namazın verib əldən hələ iftaridədir. Ey Vüqar, sorsalar hikmətli qəzəl kimdədi, de Hacı Səyyardadı, Azərdə, Ələmdaridədir.
Sayfa 124 - Parlaq imzalarKitabı okudu
Yerdə
Kirpik oxunu sinəmə yar atdığı yerdə, Ox da necə ox, güllər açar batdığı yerdə. Nadan qara daş parçalarından nə danışsın, Sərrafi-süxən gövhər alıb-satdığı yerdə. Pak eşq əhli gərəkdir o qədər yüksələ, ya Rəbb, Görsənməyə cahillərin əl çatdığı yerdə.
Sayfa 77 - Parlaq imzalarKitabı okudu
Reklam
Eşq
Ay üzü aydan işıqlım, özüm heyran özünə, Gecə röya kimi gizlincə qonaydım gözünə. Mən dedim güzgü üzün görsə, həsəddən sınacaq, Onda üz var ki, müqabil dayanıbdır üzünə. Ey könül, getdi vüsal dəmləri, həsrət gəldi, Yenə bundan sora vur bir başına, bir dizinə. Nazəninlər kimi naz ilə gedəydin, mən də Qoxlayıb torpağı mirvari səpəydim izinə. Ey könül, yıxdı səni zülf ilə rux sevdası, Günün olsun qara, qatdın gecəni gündüzünə. Hüsnün ilə elə ecaz eləyərsən peyda, Mələkut əhli təhǝyyürdə qalar möcüzünə. Zahida, eşqisiz iman ilə təqva boşdur, Qorx ki, bir şey verən olmaz bir ömür pəhrizinə. Ey Vüqar, istəsən hərgah əbədiyyət tapasan, Qərqi-eşq ol ki, fəna yelləri dəysin sözünə.
Sayfa 81 - Parlaq imzalarKitabı okudu
O Kərbəladır ki torpağı-ətri qəm qoxuyur, Çölündə qanlar axıbdır, düzündə güllər açıb.
Na cavanliq yaşadım mən, elə gənclikdə qocaldım. Səni gündən xəbər aldım, səni aydan xabar aldım. Sinəm üstən neçə qəm dağı qopardıb yerə saldım, Mənə də indiki əsrin yeni Fərhadı deyərlər, Buna nakam qalan eşqin acı fəryadı deyərlər.
Fani dünya kimi dünyadakılar fani imiş, Nə könül sirdaşı varmış, nə də dərd ortağı.
258 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.