Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Yerdə
Kirpik oxunu sinəmə yar atdığı yerdə, Ox da necə ox, güllər açar batdığı yerdə. Nadan qara daş parçalarından nə danışsın, Sərrafi-süxən gövhər alıb-satdığı yerdə. Pak eşq əhli gərəkdir o qədər yüksələ, ya Rəbb, Görsənməyə cahillərin əl çatdığı yerdə. Baş kəsməyə, qan tökməyə xəncər də yalandı, Ol yar qılınc qaşların oynatdığı yerdə. Can bəxş edən hər cansıza rəssami-cahandı, Məna verər hər surətə oxşatdığı yerdə. Aldatmağı sevməz alıb aldatmayan Allah, Aldanmalıdı aldadan aldatdığı yerdə. Yarım gedəli gözlərimin yaşı dayanmır, Dərya yaranıbdır məni ağlatdığı yerdə. Ay hoqqabaz ǝğyarın evin yıxsın ilahi, Aşiq ilə Məşuq arasın qatdığı yerdə. Öldür məni, dəfn et can alan gözlərin içrə, Həngamə salan fitnələrin yatdığı yerdə. Cǝhd eylə, Vüqar, sözlə qaranlıqlara nur saç, Səssiz gecə zülmət tülü sallatdığı yerdə.
Sayfa 77 - Parlaq imzalarKitabı okudu
··
103 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.