Tahmini Okuma Süresi:
6 sa. 31 dk.
Sayfa Sayısı:
230
Basım Tarihi:
2019
Yayınevi:
Bakı, Elm və Təhsil Nəşriyyatı
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Puan vermedi·230 syf.··
2021 29. kitabı
·
1 saatte okudu
·
Okunma: 15 Nisan 2021 00:00
Kitaba toplanan şeirlərdən doğan əsas nəticə budur: Silahsızın önündə dayanan silahlı əslində qorxağın biridir. Ona görə silah götürüb. Milyon il əvvəl olduğu kimi, milyon il sonra da bütün dillər səs olacaq. Qaliblər məğlubların qarşısında diz çökəcək. Dillər səsə çevriləndə biz bir-birimizi gözəl başa düşəcəyik. Əgər belə olmasa, onda məni güllələyin, qoy qanım yerə calansın. Milyon il sonra diz çökənlər qanımı görüb deyəcəklər: "Burdan bir insan keçib, qanı qalıb ləpir kimi." O zaman qanımı tərcüməsiz oxuya biləcəklər.
BarışQəşəm Nəcəfzadə · Bakı, Elm və Təhsil Nəşriyyatı · 20192 okunma
Reklam

Yazar Hakkında

Qəşəm NəcəfzadəYazar · 0 kitap
Qəşəm Nəcəfzadə 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Uzun illər öz kəndlərində, İmişli rayonunda, Bakıda orta məktəblərdə müəllim, Təfəkkür və Slavyan unversitetlərində baş müəllim işləyib. Şair dövri mətbuatda şeirlərlə yanaşı, hekayələri, esseləri, elmi- tənqidi məqalələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. Son 3 ildə şairin dövrü mətbuatda, internet saylarında 300 — dən çox koşə yazısıı çap dərc edilib. 2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub. 2023-cü ildə Ulu Öndərə həs etdiyi "İki iyirmi üç arasında" pyesi Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilib. Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında mintəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib. Şairin indiyə kimi 40 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Şairin Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan (ərəb qrafikası ilə), Türkiyədə türk və Kolumbiyada ispan və başqa ölkələrdə 18 kitabı müxtəlif dillərdə nəşr olunub. Tənqidcilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir