Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Ədəbiyyatımızda ilklər.
• Ən qədim zamanlardan başlamış Azərbaycan ərazisində məskunlaşan müxtəlif xalqların ən mükəmməl abidəsi - e.ə I minilliyə aid olan Zərdüştün "Avesta"sı. • I minilliyin ilk ədəbi-bədii hadisəsi -"Dədə Qorqud " eposu. • Rübai janrından ilk dəfə istifadə etmiş şair - Q.Təbrizi.(XI) • Ədəbiyyatımızda ilk divan müəllifi (fars dilində) - Q.Təbrizi. (XI) • Ədəbiyyatımızda ilk poema (məsnəvi) -"Töhfətül-iraqeyn" X.Şirvani. (XII) • Ədəbiyyatımızda ilk nəsr əsəri - X.Şirvaninin məktubları (XII) • Şahların zülmkarlığına qarşı yazılmış ilk epik əsər -X.Şirvani "Mədain xərabələri". (XII) • Ədəbiyyatımızda ilk süjetli poema -" Xosrov və Şirin " N.Gəncəvi. (XII) • İlk ideal qadın obrazı - Şirin - "Xosrov və Şirin" N.Gəncəvi. (XII) • İlk hökmdar qadın obrazı - "Xosrov və Şirin " poemasındakı Şirin obrazı N.Gəncəvi. (XII) • İlk mənzum roman - "Xosrov və Şirin" N.Gəncəvi. • "Leyli və Məcnun " poeması yazan ilk şair - N.Gəncəvi. (XII) • Şərq şeirinə ilk dəfə " Leyli və Məcnun həzəci"gətirmiş şair - N.Gəncəvi. • İlk "Xəmsə" müəllifi - N.Gəncəvi. (XII) • İlk dəfə ana dilində şeiri bizə gəlib çatan şairlər - İ.Həsənoğlu, Ş.Səfi. (XIII) • Ana dilində ilk divan müəllifi - Ş.Səfi. (XIII) • Ana dilində ilk poema - " Dastani-Əhməd Hərami" və Qul Əlinin "Qisseyi-Yusif" poemaları. (XIII) • Ana dilində həzəc bəhrində yazılmış ilk poema -"Dastani-Əhməd Hərami" (müəllifi naməlumdur). XIII • Azərbaycan dilində rübai yazmış ilk şair - Q.Bürhanəddin.(XIV) • İlk dəfə tuyuqdan isdifadə etmiş şair - Q.Bürhanəddin.(XIV) • İlk "Dəhnamə" müəllifi - M.Övhədi.(XIV) • Ədəbiyyatımızda ilk dəfə iki gəncin dostluğu haqqında əsər yazmış sənətkar və əsərin adı - Ə.Təbrizi "Mehr və Müştəri". • Ana dilində ilk "Leyli və Məcnun" poeması yazan şairlər - Zəmiri və Həqiri Təbrizi.(XVI) • Ədəbiyyatımızda ilk süjetli poema -" Xosrov və Şirin " N.Gəncəvi.(XII) • "Divan"ına heca vəznli şeir də daxil edən ilk şair - Ş.İ.Xətai. (XVI) • Heca vəznində şeir yazmış ilk şair - Ş.İ.Xətai. (XVI) • Epik əsərdə lirik şeirdən də istifadə edən ilk şair - Ş.İ.Xətai. (XVI) • İlk "Bahariyyə" yazan şair - Ş.İ.Xətai.(XVI) • Ədəbiyyatımızda ilk qoşma müəllifi - Ş.İ.Xətai.(XVI) • Yazılı ədəbiyyatımızda ilk gəraylı müəllifi - Ş.İ.Xətai.(XVI) • Ana dilində ilk nəsr əsəri yazan şair - M.Füzuli. (XVI) • Tərcümə əsəri olan ilk şair - M.Füzuli ("Hədisi-ərbəin").(XVI) • Bir əsərdə bir neçə bəhrdən isdifadə olunmuş ilk əsər -"Leyli və Məcnun" M.Füzuli. • Alleqorik poema yazmış ilk sənətkar - M.Füzuli. • Ədəbiyyatımıza xəlqilik gətirən ilk şair - M.P.Vaqif.(XVIII) • Realist poeziyanın banisi - M.P.Vaqif. (XVIII) • Nəsrlə yazılmış ilk müstəqil hekayə - " Kitabi-Əsgəriyyə" A.Bakıxanov. (XIX) • Tarixşünaslığın əsası qoyulur - " Gülüstani-İrəm" A.Bakıxanov. • Satiranın banisi - Q.Zakir, B.Şakir (XIX) • İlk komediya - M.F.Axundzadənin " Molla İbrahimxəlil kimyagər "komediyası. (1850) • Dramaturgiyamızda ilk qərbli obraz - "Müsyö Jordan" M.F.Axundzadə. (XIX) • Realist nəsrin, ilk povestin banisi - M.F.Axundzadə ("Aldanmış kəvakib" povest ilə) (1857). • Ədəbi tənqidin banisi - M.F.Axundzadə. • Ədəbiyyatımızda dramın banisi - M.F.Axundzadə "Hekayəti-xırs quldurbasan" əsəri ilə.(1851) • Dram əsəri ilk dəfə səhnədə tamaşaya qoyulan sənətkar - M.F.Axundzadə "Hekayəti Müsyö Jordan" (Sankt Peterburq ailə teatrı) • Teatr səhnəmizdə ilk oynanılan dram əsərimiz "Hekayəti-vəziri-xani-Lənkaran" M.F.Axundzadə. (1873) • Aşıq şeirinə yeni növ-janr gətirən aşıq - A.Ələsgər.(XIX) • İlk milli qəzət -"Əkinçi" qəzeti H.Zərdabi. (1875) • İlk faciə -"Müsibəti-fəxrəddin" faciəsi N.B.Vəzirov. (1896) • Ədəbiyyatımızda ilk alleqorik mənzum dram -"Çay dəstgahı" C.Məmmədquluzadə. (1889) • Milli uşaq dramaturgiyasının əsası qoyuldu -"Çay dəstgahı" C.Məmmədquluzadə. • Azərbaycanda ilk ədəbi məktəb yaradan mətbuat orqanı -"Molla Nəsrəddin" jurnalı. (1906-1931) • Mollanəsrəddinçi satirik şeir məktəbinin banisi - M.Sabir.(XX) • M.F.Axundzadənin yaradcılığını ədəbiyyatımızda tədqiq edən ilk ailm - F.Köçərli. • Xəbər, məktub, elan, teleqraf, tapmaca, atalar sözləri kimi bədii formaları satirik gülüşə gətirən sənətkar -C.Məmmədquluzadə. • Ədəbiyyatımızda kiçik hekayə janrının ilk böyük proqramı - "Poçt qutusu" C.Məmmədquluzadə. (1903) • Qarabağ münaqişəsinə həsr olunmuş ilk əsər - "Kamança" pyesi C.Məmmədquluzadə. (1920) • Ədəbiyyatımızda süjetli satirik şeirin yaradıcısı - M.Ə.Sabir. (XX) • Taziyanə, qırmanc, satirik marş, bəhri-təvil, sual-cavab janrlarını ədəbiyyatımıza gətirən şair - M.Ə.Sabir. (XX) • Səttarxanı şeirdə ilk dəfə bir milli qəhraman kimi təqdim edən şair - M.Ə.Sabir "Səttarxana". (1908) • Azərbaycanda folklorşünaslığının baniləri - Ə.Xuluflu, H.Əlizadə, S.Mümtaz. • Milli Romantik şeirin banisi - H.Cavid. • Ədəbiyyatımızda ilk mənzum faciə - "Ana" H.Cavid. (1910) • Sonet, türkü və marş janrlarını ədəbiyyatımıza gətirən şair - H.Cavid. • Azərbaycan xalqının tarixi və milli taleyi probleminin bədii əsər mövzusu kimi qələmə alan ilk əsər -"Od gəlini" C.Cabbarlı. • Ədəbiyyatımızda uşaq şerinin yaradıcıları - A.Şaiq, A.Səhhət. • Ən yeni dövr Azərbaycan poeziyasının banisi - S.Vurğun.
··
2 artı 1'leme
·
180 görüntüleme
Ülkər okurunun profil resmi
Nə gözəl paylaşımdı buu🫠
M.zade okurunun profil resmi
😊👏🏻
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.