Gönderi

284 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 4 days
Ən sevdiyim kitablardan
Yolun Sonundaki Okyanus
Yolun Sonundaki Okyanus
müəllifinin bir kitabını da oxudum. Sevdim, çox özdə. Bilmirəm, son zamanlar çox duyğusal olmuşam ya da çox kitablardan ayrı qalmışam. Bu kitabın sonunda da çox kədərləndim. Əvvəllərdə, sıxıcı gəlirdi, çünki diqqətimi verəmirdim, sonra başladım yolda oxumağa, onda gördüm mövzusu çox maraqlıdır, bunla yanaşı, yazım dili də gözəldir. Neil Gaiman digər iki kitabı kimi gözəl, maraqlı bir dünya yaradıb, Nobody Owens da bu dünyanın baş obrazıdır. Nobody ailəsi bir nəfər tərəfindən qətl edilir, bu zaman da baş obrazımız körpə olduğu üçün iməkləyərək gedir qəbirstanlığa, nəticədə onu ruhlar övladlığa götürür. Bir qoruyucusu da olur, Silas. Bu kitabda əsas iki obraza bağlandım, biri Silas, biri də Lisa. Kitab elədir ki, oxuyanda adamı özünə cəlb edir, axıcı kitabdır. Birdən baxırsınız ki, 20-30 səhifə oxumusunuz. Hər kəsə tövsiyə edirəm.
Mezarlık Kitabı
Mezarlık KitabıNeil Gaiman · İthaki Yayınları · 20111,338 okunma
·
105 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.