Gönderi

200 syf.
8/10 puan verdi
·
Liked
Kitab hər məsələnin başı olaraq iradəmizin əhəmiyyətindən bəhs edir. Yazıçıya görə, iradə tərbiyəsi üçün cəsarət qıran 2 nəzəriyyə var: 1. Xarakterin dəyişməzliyi nəzəriyyəsi 2. Azad iradə nəzəriyyəsi. Halbuki bu 2 nəzəriyyə də yalnışdır. İnsan xarakteri dəyişə bilər. İradəmiz də bildiyimiz qədər azad deyil. Bizi daha çox arzu və həvəslərimiz idarə edir. Daha dəqiq desək, gərə diqqət eləməsək və avtopilot rejimdə yaşasaq, biz nəfsimiz idarə edir. Bunların fərqində olub bunlara qarşı özümüzü qorumalıyıq. Bundan başqa, kitabda mübarizə aparamalı olduğumuz düşmanlardan bəhs edir. İlk düşman, istəksizlikdir. İnsanoğlu təmbəldir və ona qalsa heç bir şey eləmək istəməz. İkinci düşman, cinsi impulslar və şəhvətdir. Üçüncü düşman, yanlış dost çevrəsidir. İnsan, ən çox vaxt keçirdiyi 5 nəfərin ortalamısıdır. Dördüncü düşman, təmbəllik bəhanələridir. İnsan iş görməmək üçün fərqli bəhanələr uydurma "qabiliyyət"inə malikdir.
İrade Terbiyesi
İrade TerbiyesiJules Payot · Ediz Yayınevi · 201829.1k okunma
13 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.