Stefan Zwing əsərlərini bəyəndiyim müəlliflərdən biridi. Satranç, Stefan Zwingin son esəridir.Müəllif bu kitabı Braziliyada intihar etməzdən bir neçə ay əvvəl yazıb. Kitabı bir neçə saata bitər bilərsiniz.
Müəllifin kitabının səhifələri az olmasına baxmayaq bir çox şey ifadə edir. İnsanı duygudan duyğuya aparan bir kitabdır. Müəllif kitabda olan insanların psixoloji vəziyyətləri o qədər gözəl ifadə etmişdir ki, çarəsizliyin və tənhalığın insanın necə dəyişdirdiyini və onları dəli edə biləcəyini görə bilərsiniz. Əsərdə Avropa mədəniyyətinin nasistlər təhlükəsi altında məhv olmasından, əzilən cəmiyyətlərin mənəvi dalğalarından, çöküşlərindən bəhs edir. İki əsas personaj vasitəsilə davam edən əsərdə personajlardan biri Mirko Czentovic, digəri isə Dr. B'dir. Həyat macərasında hər ikisinin başına gələn hadisələrdən sonra şahmatla necə tanış olduqlarını və şahmatın həyatlarına təsirindən bəhs edən əsərdir. Nyu-Yorkdan Buenosa gedən bir gəmidə sərnişinlər arasında olan bir milyonçu, dünya şahmat çempionu Mirko Czentovicə pul qarşılığında şahmat oynamağı təklif edir. Bu ikisinin oyununa tamaşa edən avstraliyalı Dr.B oyun vaxtı özünü saxlaya bilməyib onların oyununa qarışır, bu vaxt ona çempionla oynamağı təklif edirlər.