Gönderi

2-ci hissə.
"Xeyirxahlıq tükəndi, xalq hörmətdən düşdü, hətta ən möminlərin belə qəlbindəki yaxşılıq toxumu məhv oldu, məhəbbət isə quru və qeyri-məhsuldar torpaqdakı buğdaya çevrildi. Bu ona görə baş verdi ki, mühasirəyə alanlar çox, mühasirədə qalanlar isə az idi. Vicdan boş söz və dınqıltı, zülmkarların ağızlarında isə söyüşdür; Güc – öz ruhuna qaldırılmış qılınc, yaxınlar üçün isə boyunduruqdur; Xeyirxahlıq – iblis olub mələk donuna girməkdir; qadın – ehtiras, əxlaqsızlıq və qısırlıqdır; dost – rəzilliklərinin şərikidir; vətən – tamahkarların yarış meydanı və yalan toxumu səpmək üçün şumdur; çörək və başqa nemətlər – rüşvətxorların və zülmkarların qismətidir; bütün dünya isə nifrət səltənətidir."
Data Tutaşxia
Data Tutaşxia
/
Chabua Amirejibi
Chabua Amirejibi
Tinuviel

Tinuviel

@mehdizadee
·
10ay
Giriş ;
...Və insana verilmişdir: Vicdan - səhvlərini özü aradan qaldırması üçün; güc - mənəvi qüsurlarına məğlub olmaması üçün; özünə və yaxın adamlarına göstərilən xeyirxahlıq – hər kəsə səmərə verməsi üçün; qadın – nəslin kəsilməməsi və çiçəklənməsi üçün; dost - öz xeyirxahlıq və canıyananlığının qədərini bilməsi üçün; vətən xidmət etməsi və uğrunda başından keçməsi üçün; üzümlük və torpaq sahələri – alın tərini axıtması və Allahın buyurduğu kimi özünə çörək qazanması üçün; bağlar, naxırlar və var-dövlətin başqa növləri – xeyrini yaxınlarına və doğmalarına paylaması üçün; bütün dünya – sadalananları Allah qədər uca və böyük olan məhəbbətlə həyata keçirməsi üçün."
Sayfa 3 - Teas Press nəşriyyatıKitabı okudu
·
31 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.