Gönderi

392 syf.
10/10 puan verdi
Son zamanlar psixologiya ilə bağlı əsərlər diqqətimi çəkir buna görə də Yalomun kitabını oxumağa başladım.Burada 6 hekayədən danışılır bəziləri ağır hekayələrdir.Həyat yoldaşını itirmiş bir qadının yenidən həyata bağlanması, terapist ilə munasibətləri,aralarındakı dialoqlar onların fikir ayrılıqları,pasiyentin inadkarlığı, terapistin səbirli,təmkinli davranışı hamısı insanın bütün fikrini əsərə cəlb edir və maraqda saxlayır.Əsərdəki pasiyentlərin problemləri real həyatda əksər insanların yaşadıqlarıdır.Kimi bunlara diqqət edir kimi isə üstündən keçir.Ancaq yuxularımız,problemlərimiz,sıxıntılarımız bunların hamısının üzərində dayanmalı və onları aşmalıyıq. Hekayələrin arxasında həyat və ölüm düşüncəsinin olması mənim üçün bu kitabı daha da cəlbedici etdi.Sonda Macar Pişiyi ilə olan seans ən düşündürücü hissələrdən biri idi.Burada reinkarnasiya,yaşam,ölümü qəbullanma,həyatdan zövq almaq və digər məsələlərə toxunulur. Olduqca öyrədici və fərqindəlik yaradan bir kitabdır.Oxuyacaq olanlara xoş mütaliələr…
Anam və Həyatın Mənası
Anam və Həyatın MənasıIrvin D. Yalom · Parlaq İmzalar Nəşriyyatı · 20201,971 okunma
·
53 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.