Gönderi

72 syf.
9/10 puan verdi
·
Liked
GoGolun "Şineli", #Gogolasəyahət
Deməəək, bu əsər Rus ədəbiyyatının başlanğıc əsəri sayıla biləcək qədər təsiredici üslubda yazılıb.Hətta Dostoyevskinin bu əsər haqda dediyi cümlə də bunu təsdiq edir: "Biz hamımız Qoqolun Şinelindən "çıxmışıq" " Rus ədəbiyyatının atalarından biri olan GoGol əsərdə iynələmədən və satiradan,hətta araya sərpilmiş yumordan, duyğaların maraqlı ifadəsindən necə lazımdır istifadə edib.Dili rahat və axıcı bir kitabdır.Düzü,bəlkə, həyəcanlı, sürətli hekayə cərəyanı sevənlər və kitabı sadəcə oxumaq niyyəti ilə oxuyanlar üçün sıxıcı ola bilər. :) Yazar bir insanın duyğularını, düşüncələrini,həyat şəraitini gözəl şəkildə ələ alır və oxuyucu ilə danışığı,baş verən situasiyaları iynələmələri ilə daha da zövq verici bir tərzdə hadisələri çatdırır. Psixoloji şiddətə məruz qalan, həyatı məqsədsiz yaşayan, özünü müdafiə edəcək bacarığa və özgüvənə sahib olmayan A.Akakiyeviç bir gün soyuq qış gününə tab gətirmək üçün həddindən artıq köhnə olan şinelini dərzi Petroviçin yanına aparır.Petroviçdən şinelinə yamaq vurmasını istəsə də,dərzi bunun mümkün olmayacağını,şinelə toxunulsa əlindəcə süzülüb gedəcəyini deyir.Bu həyatında heç bir fərqlilik olmayan Akakiyeviç üçün gözlənilməz olur.Məcbur qalıb xırda-xırda xərclərindən kəsərək özünə təzə şineli alır.Artıq onun yeni hədəfi olmuşdu və hədəfinə çatma sevinci yaşayaraq,bəlkə də, ömründə gülümsəmədiyi qədər gülümsəyirdi.Ta ki, o gecə baş verən hadisəyə qədər...
Şinel
Şinel
Nikolay Gogol
Nikolay Gogol
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201837.3k okunma
·
182 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.