Bugünün kitabı..Marc Levy • Bəlkə də bu , həqiqətdir...
Bir axşam tənha yaşayan memarın evində gənc , gözəl bir qız peyda olur. Və o...ruhdur..Təkcə gənc memar ona yardım edə bilər. Əgər onları bir-birinə bağlayan sevgi hisləri olmasaydı..
Kitab çox sadə və axıcı üslubda yazılıb. Yazıçı Lorenin dilindən həyatın qədrini bilməyi, onu doyunca yaşamağı, bir yanlışın insanın həyatında nələrə gətirib çıxardığını nəzərə çatdırır.. Gün ərzində bizə 86400 saniyə verilir. Əsər bizə hər saniyənin dəyərini bilməyi, vaxtımızı mənalı, unudulmaz keçirməyi , itirilən heç bir anın geri qayıtmayacağını dönə-dönə tövsiyə edir.
Bundan başqa əsərdə ana- övlad münasibətləri, bir ananın öz övladı üçün öz həyatını gözardı etməsindən ustalıqla söz edilir.
Əsər gözlədiyim kimi xoşbəxt sonluqla bitir.