Gönderi

384 syf.
8/10 puan verdi
·
Read in 7 days
Kitab çox axıcıdır və hissələr də qısa olduğu üçün adam dayanmadan oxumaq istəyir, yəni bir dəfəyə oturub, bitirilə bilər. Hadisələr "stabil" davam edir, amma dediyim kimi axıcı olduğu üçün oxuyarkən sıxılmazsınız. Son hissələr də artıq hadisələrin üstü açılır və stabil olmaqdan çıxır. Kitabı oxuyarkən ağlıma bütün - məntiqli, məntiqsiz - ehtimalları gətirirdim və bir hissəsi təxmin etdiyim kimi oldu, amma, əlbəttə "bir hissəsi". Heç gözləmədiyim bir sonluqla bitdi. Upuzun danışmaq istəyirəm, amma spoiler olar deyə, heç nə deyə bilmirəm, qısaca oxunmağa dəyər başqa bir kitab daha!
Səssiz Pasiyent
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 20214,541 okunma
9 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.