·192 syf.··Beğendi
···Okunma: 11 Ağustos 2023 23:53 Bir çoxlarının bildiyi üzrə, George Orwell (bu, onun təxəllüsüdür) “1984” romanı ilə bütün dünyada tanınır. Hələ ki onun bu romanını oxumamışam, ancaq booklist’imdə əlbətdə ki var. Sözü gedən ingilis yazıçısını türkcədə “Hayvan Çiftliği” olan “Heyvanıstan” əsəri ilə tanıdım. Kitaba başlamazdan əvvəl bu adı bəyənməmişdim, nəticə etibarı ilə tərcüməçi ilə razılaşmamışdım, amma nədənsə sonda bu adın doğru ad olduğuna qərar verdim və onunla razılaşdım.
Əsər sadə dillə yazılmış, ancaq qəliz məsələlərə toxunulmuşdur. Bu qəliz məsələlər , heç şübhəsiz, hər ölkədə yer alan siyasi məsələlər, idarəetmə sistemidir.
“Heyvanıstan” alleqorik romandır, yazıçı insanlara aid xüsusiyyətləri heyvanlar üzərinə köçürmüşdür və mesajlarını o istiqamətdə vermişdir. Burada heyvanlar insanlar kimi danışır, sistemli şəkildə iş bölgüsü edir, işləyir, planlar qurur, müharibə edir və s. Nəticədə fərqli və maraqlı bir əhvalat ortaya çıxır.
Əgər bu alleqorik dünyanı sevsəniz, eyni zamanda cizgi filminə və filminə də baxa bilərsiniz.