Nikolay Gogol ~ Palto
9/10
Düzünü desəm ilk başlarda kitabı bağlayıb, mütaliəmi sonlandırmaq istədim. Çünki insanı ən dibə aparır. Acını, yoxluğu, itkini ruhumun ən dibində hiss edirdim. Sonra sanki Gogol əlimdən tutub, qarşıda bir işıq olacağını dedi, məndə mütaliəmə davam etdim. Hər kəsə ən azı iki dəfə oxumasını tövsiyyə edirəm. Hətta elə türkcəsini oxumağınızı. Tərcümədə edilən səhvlər insanı daha çox sıxır (ən azından məni). Palto ilə başlayan səyahət məni o dövrün yaşayış şəraitinə apardı. Kitaba ilk başlayanda bu qədər təsirlənəcəyimi düşünməzdim, amma qısa hekayələr ümumiyyətlə hər dəfə dərin təəssürat yaradır. Məncə dərin mənası olan və hər hissəsi uzun müddət düşünülməli bir əsərdir.
Səhifələr arasındakı illüstrasiyalar da kitabı daha sevimli edib. Kitab ümumilikdə ağlımda olan rus ədəbiyyatının haqqını verib məncə.
Spolier:
O dövrün çətin şəraitində, yoxsulluqla mübarizə aparan, başqaları tərəfindən tənqid olunan bir məmurun hekayəsini oxumaq məni kədərləndirdi. Əslində günümüzün problemlərinin keçmiş zamanda da var olduğunun isbatıdır bu əsər. Göstərişi sevən, geyimə önəm verən, marka bağımlısı olan insanlar təkcə indi deyil, əvvəlki zamanlarda da varmış.
Qəhrəmanımızın təzə paltoda özünü necə güvənli hiss etməsi bir tərəfdən oxucuya da özgüvən verir. Düşünürəm ki, nəyinki birinci sinifə başlayanda yeni geyimlərimizi həvəslə göstərmək üçün 15 sentyabrı gözləyirdik, hətta hal-hazırda da yeni bir şeyimiz olanda onu istifadə etmək üçün səbrsizlənirik. Buna görə də qəhrəmanımızın hər kəs tərəfindən tənqid edilməsi bir yandan öz səhvi idi. Qazancı ilə özünə heçnə almadan, özünə pul xərcləmədən həyat sürürdü. Bir paltonu dəfələrlə yamatmaqdan vaz keçmirdi. (Siz belə olmayın, ən çox pulu elə özünüzə xərcləyin)
Qəhrəmanımızın ən sonda ruha çevrilməsi məni biraz məyus etdi. Məncə başqa cür də bitə bilərdi :) .