"Ölüm döşeğinde. Dudaklarımı ilk ve son defa size uzatırım. Aşkımızın son ve ebedi bir veda hatırası olur. Bunu unutmayın. Ben sizin yanınızda ölmek isterim ve bütün hayatımda çektiğim kederlerin mükâfatı olarak bu saati bekliyorum."
Sevdiyi insanın yanında ölmək elə hər kəsə nəsib olacaq xoşbəxtlik deyil. Kitabın adı "Ölmüş Bir Kadının Evrak-ı Metrukesi"dir...
Fikret xəstəliyi üçün getdiyi xəstəxanada daha ağır bir xəstəliyə düçar olur. Evli olduğunu bilmədiyi bir həkimə vurulur və daha sonrası fəlakət... Nejat onu xoşbəxt etməyən bir evliliyin içinə həbs olmuşdu. Fikret vicdanının səsini eşidərək sevdiyi adamdan qaçır və gedir özündən yaşca böyük adamla evlənir.
Sonrası spoi olar deyə danışmıram amma kitabı sevərək oxudum. Bir qadının eşqi ilə ləyaqəti arasında incə bir çizgi var... Bu kitabda da onu oxuyacaqsınız.