Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

244 syf.
·
Puan vermedi
·
24 saatte okudu
Qaraqanın "Bir milyon dollarım olsaydı..." adlı romanı kasıb və namuslu mətbəə işçisi - Kərəmin həyatından bəhs edir. Qazandığı cüzi maaşı həyat yoldaşına və övladlarına xərcləyən qəhrəmanın həyatını təsadüfən tikintidən tapdığı bir milyon dollar necə dəyişir? O, namuslu və dəyişilməyən insan obrazı kimi bu hadisədən sonra başına gələnlərlə mübarizə aparır. Pul hər zaman xoşbəxtlik gətirirmi?. "Bir milyon dollarım olsaydı..." romanı müasir dövrün müxtəlif ailə-məişət problemlərinə işıq tutur. Əgər gecə, küçənin ortasında qara bir çemodanda bir milyon dollar tapsaydınız nə edərdiniz? Yəqin ki, hamı ilk olaraq bahalı avtomobil, villa və xaricə səyahət haqqında düşünərdi. Elə kasıb nəşriyyat işçisi Kərəm Alıyev də belə düşünürdü. O da öz kasıb ailəsini, həyat yoldaşı Firuzə və uşaqlarını ehtiyyac bataqlığından xilas etmək istəyirdi. Amma bəzən hər şey bizim gözlədiyimiz kimi olmur. Bəzən çox qəribə hadisələr baş verir. Kərəmin tapdığı bir milyon dollar onun bütün həyatını dəyişir. Pulun sahibini axtarmaq qərarına gəlir. Lakin axtarışları boş yerə olur.
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,126 okunma
·
43 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.