Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

288 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Elxan Elatlının “Niyə susursan, polkovnik?” detektiv romanı gənc müğənni qızın ibrətamiz həyat hekayəsindən və bir mənzildə baş vermiş ağır cinayətin polkovnik Qasımlı tərəfindən araşdırılmasından bəhs edir. Romanda bu günkü mənəvi həyatımızda rast gəlinən pulgirlik, saxtakarlıq, ikiüzlülük, yaltaqlıq kimi bir çox eybəcərliklər ironiya ilə ön plana çəkilərək tənqid olunur. Bax, pilləkənin bu yerində Qasımlı onunla üz-üzə gəldi. O, polkovnikin düz gözünün içinə baxdı. Heç tükü də tərpənmədi bu zaman. Sonra isə addımlarının sürətini artıraraq çıxıb getdi. Qorxudan mı artırdı addımlarının sürətini? Xeyr! O, heç qorxub-eləyənə bənzəmirdi. Sürətini də qəfil ona görə artırmışdı ki, Qasımlını şübhələndirsin. Qəribədir... Amma yox, polkovnik Qasımlı üçün qəribə heç nə yox idi bu dünyada. Onun üçün yalnız cavabı hələlik tapılmamış suallar vardı və bu sualların cavabı gec-tez tapılmalıydı. Deməli, caninin bu hərərkəti də qəribə-filan deyildi. Sadəcə, maraqlı idi Qasımlı üçün. Amma çox maraqlı idi...
Niyə Susursan, Polkovnik?
Niyə Susursan, Polkovnik?Elxan Elatlı · Elgün · 2014414 okunma
·
89 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.