Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır.. Doktor Əlisəttar Muradzadə xəstəni yola salıb saatına baxdı. Altıya 10 dəqiqə işləyirdi. -Gözləyən çoxdur? - deyə tibb bacısından soruşdu. -Xeyr, iki nəfər qalıb, - arıq, qarayanız qız cavab verdi. -Buraxın gəlsinlər, vaxtım azdır. Saat yeddidə Dram Teatrında Hüseyn Cavidin “İblis” tamaşası oynanılacaqdı. Doktor qərara gəlmişdi ki, bu gün arvadı ilə qızını özü ilə götürüb teatra getsin. Muradzadənin iki övladı var idi. Oğlu Arif Rusiyada həkimlik oxuyurdu. Dördüncü kursda. Qızı Venera isə Bakıda, universitetlərin birində ikinci kursu bitirirdi. Doktor səhərdən axşama kimi xəstəxanada olurdu. Onu bəzən başqa tibb müəssisələrinə də xəstələrə baxmağa dəvət edirdilər. Günün necə başlayıb, necə qurtardığından xəbəri olmurdu. Həyat yoldaşı Nelya xanım da tanınmış həkim idi. Ancaq o, poliklinikada göz həkimi işləyirdi. O da əri kimi öz işinin vurğunu idi və bütün həyatını bu peşəyə sərf etmişdi.
Xəyanət
XəyanətElxan Elatlı · <<MBM>> MMC · 20061,386 okunma
·
1 artı 1'leme
·
109 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.