Kitabı 2 günə oxuyub bitirdim.Oxuyarkən çox zövq aldığım,olduqca axıcı bir kitabdır.SSRİ daxilində mövcud olan siyasi, sosial-ictimai hadisələri fərqli dildə nəql edilib,daha dəqiq desəm insanlar yox, heyvanlar üzərindən ələ alınıb.Hazırda bu qədər aktual olma səbəbi də elə siyasi mövzuda olmasından irəli gəlir, çünki idarə metodları daim özünü təkrarlayır. Kitabdakı hər bir obraz və xüsusiyyətləri incəliklə ələ alınıb,real həyatdan obrazlara və ya müəyyən siniflərə uyğun gəlir hadisələr də eyni şəkildə.Xülasə,mütləq oxunmalı kitabdır.